skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Atom quruluşu (Yuxarı)
Atomlar | Atom sayı və Kütlə sayı | Elektronların Düzülüşü
 

Atomlar

Bütün maddələr atomlar adlanan xırda hissələrdən təşkil olunub

Təqribən 100 müxtəlif növ atom vardır.

Yalnız bir növ atomdan ibarət olan maddəyə element deyilir.

Atomlar proton, neytronelektronlar adlanan kiçicik hissələrdən təşkil olunub.


Hissə

Atomda yeri

Yükü

Kütləsi
Proton Mərkəz Müsbət 1
Neytron Mərkəz Yükü yoxdur 1
Elektron Enerji səviyyəsində mərkəzdən kənar Mənfi əhəmiyyətsiz

Atomlar ümumi elektrik yükünə malik deyillər, çünki müsbət protonlar və mənfi elektronların sayı bərabərdir, ona görə də onlar bir-birini neytrallaşdırır.

Atomun mərkəzində çox kiçik olan nüvə yerləşir.

O, müsbət yükə malikdir, çünki protonlardan ibarətdir. O çox sıxdır, çünki atomun çox kütləsini təşkil edən proton və neytronlardan ibarətdir.

 

Atom sayı və Kütlə

Bütün elementlər Dövri Cədvəldə verilir. .

Hər bir element bir simvol və iki rəqəmə malikdir. Rəqəmlər bizə atomda nə qədər proton, neytron və elektron olduğunu deyir.

Natrium haqqında məlumat:

Kütləsi
  23
 
Na
Atom sayı
  11

Atom sayı atomda nə qədər protonun olduğunu göstərir. Bu bəzən proton sayı adlanır.

Atomda elementin hansı element olduğunu müəyyən edən protonlar sayı vardır. Müəyyən elementin bütün atomları eyni proton sayına malikdir.

Atom üzərində ümumi yük olmadığına görə elektronların sayı protonların sayı ilə eynidir.

Kütlə sayı bizə atomda birlikdə neçə proton və neytronun olmasını deyir, çünki bunlar ən çox kütləyə malik hissəciklərdir.

Belə ki, natriumda 11 proton və 11 elektron vardır.

Neytronların sayı =
 kütlə sayı

atom sayı

=
  23

11

=
  12

 

 


 

Elektronların Düzülüşü

Elektronlar orbitdə enerji səviyyələri və ya təbəqə adlanan nüvə ətrafında toplanıb.

Elektronlar ən aşağı səviyyələrini doldururlar, bunlar da ən dərində yerləşən təbəqələrdir.

Ən dərində yerləşən təbəqə yalnız 2 elektron saxlaya bilər, növbəti təbəqələr daha böyükdür və 8 elektron saxlaya bilər.

Beləliklə, natriumda elektron düzülüşü 2, 8, 1-dir.

  coord_11.1_energylevels

Eyni elementin bəzi atomları öz nüvələrində müxtəlif növ neytronlarla mövcud ola bilərlər. Bunlar izotoplar adlanır.

Məsələn, karbon 12 kütlə sayı ilə mövcuddur, amma bəzi karbon atomları 14 kütlə sayına malikdirlər.

12
  C
6

14
  C
6

Adı

Karbon-12

Karbon-14

Proton

6

6

Neytron

6

8

Elektronlar

6

6

Hər ikisi karbonun atomlarıdır, çünki hər ikisi nüvədə 6 protona malikdir, amma Karbon-14 iki əlavə neytrona malikdir.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.