skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 
İnternetdən təhlükəsiz istifadə qaydaları
Safe Surfing Guide

Bu yaxınlarda illik konfransda İnternet Məsləhətçi Şurası tərəfindən təqdim olunan yeni tədqiqatlara uyğun olaraq valideynlər tərəfindən dərk edilən risklərin və problemlərin böyük bir hissəsi internetə yeni texnologiyalardan çox kompüterlər vasitəsi ilə daxil olma ilə bağlıdır.

Konfransda çıxış edən İMŞ-nın sədri cənab Audrey Conlon bildirdi ki, “Maraqlıdır, mobil telefonlar vasitəsi ilə internetə daxil olmalara baxmayaraq, valideynlərin əksər narahatlığı kompüter vasitəsi ilə internetə daxil olma ilə bağlıdır. Şəxsi kompüterlə internetə daxil olmanı təhlükə hesab edən 47% -lə müqayisədə yalnız 13% valideyn hesab edir ki, mobil telefonlar yüksək riskə malikdir.

İrlandiyada internet istifadəçilərinin sayı son iki ildə demək olar ki 3 dəfə artıb və valideynlərin narahatlığının əsas səbəbi internetə məktəblər və kolleclər vasitəsi ilə daxil olan gənclərin faizinin artmasıdır.

İnternetə daxil olan uşaqlar və yeniyetmələrin sayının artması, müəllim / şagird münasibətinin azalması, kitabxana və internet kafelər vasitəsi ilə internetə girmənin daha da asanlaşması kimi faktorlar yeni və həyati dilemmaya səbəb olub: uşaqlarımızın mənəvi və ya əxlaqi təhlükəsizliyinə zərbə vurmadan onların geniş mənbədən istifadə etməklərinə necə icazə verə bilərik?

Valideynlər üçün əsas narahatlıqlar aşağıdakılardır:

  • Onlayn şəkildə nəyə baxıla bilər və nə oxunula bilər?
  • Proqram təminatı və virus yüklənməsi məsələləri
  • Onlayn şəkildə kiminlə görüşülə bilər

Bu sadə başlıqları izləyərək sizin uşaqlarınız təhlükəsiz şəkildə internet səhifələrinə baxa, öyrənə və onlayn şəkildə əylənə bilməlidirlər!


Narahatlıqla bağlı iş

İnternetdə uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan çox sayda maraqlı və təhsil saytları var, buna baxmayaraq onlar özlərində sizin diqqətli olmağınızı tələb edən çox arzuolunmaz materiallar saxlayır. Uşaqlar və yeniyetmələr ilə danışmaqla siz internetə daxil olma ilə bağlı qaydalar təyin edə bilərsiniz. Narahatlıqlarınızı onlarla müzakirə edin və internet istifadəsi ilə bağlı ümumi qaydalar yaradın. Bu onların məlumatlılığını artıracaq, qaydaların səbəblərini başa düşməyə imkan verəcək və onlara təhlükəsiz halda şəxsi kompüterdən istifadə etməyə şərait yaradacaq.

Uşaqlarınız ilə onların internetə girmə vaxtlarını, internetdə qaldıqları vaxtın müddətini, onların daxil olacaqları uyğun saytları internetə daxil olma səbəbləriniqərarlaşdırın. Onlara bu qaydaların niyə qoyulduğunu və bu qaydaların onların əyləncəsinə son qoymaq məqsədi daşımadığını izah edin, onlar üçün icazə verilən və icazə verilməyən məsələləri ayırd edin.


Ev kompüterinin paylaşılması

Sizin ofis və ya şəxsi məqsədlər üçün istifadə etdiyiniz kompüteri uşağınızın istifadə etdiyi təqdirdə nəzərə alın ki, orada saxlanan informasiyalar asanlıqla ləğv edilə, dəyişdirilə və yad adamların əlinə keçə bilər. İcazə verilən və icazə verilməyən məsələləri ayırd edin. Əgər sizin e-mail ünvanlarınız üçün yalnız bir parolunuz varsa onların yad adamlar tərəfindən açılmadığından əmin olun. Əgər onlar e-mail qəbul edirlərsə, onların hər hansı bir tanımadıqları adam tərəfindən göndərilən e-mail içərisindəki linkləri klikləmədiklərindən əmin olun. Belə linklər onları tərkibində virus olan qoşmalara və ya münasib olmayan internet səhifələrinə apara bilər.


Yükləmələr və viruslar

İnternet pulsuz proqram təminatı, şəkillər və oyunların böyük mənbəyidir. Ancaq həddən artıq çox yükləmələrin olduğu təqdirdə viruslar ilə əlaqədar problemlər yarana bilər və bu sizin şəxsi kompüterinizin yaddaşını yeyə bilər. Əgər uşaqlarınız kompüterdən istifadə edirsə, onda qeyr-rəsmi yükləmələrə qadağa qoymaq və ya antivirus proqramlarının yüklənməsi barədə düşünmək lazımdır.


Çat Otaqları və Müzakirə Qrupları

Uşağınızın çat otaqları və müzakirə qruplarından istifadə etməsini istəyib-istəmədiyi barədə düşünün. Bu əyləncəli ola, interaktivliyi artıra və geniş informasiya mənbəyi ola bilər. Təəssüflər olsun ki, onlar həmçinin potensial problemlərə də yol aça bilər. Aşağıdakı qaydalar çat otaqlarından istifadə edən uşaqlar və yeniyetmələr üçün təklif olunur:

  • Ünvan, telefon nömrəsi, məktəbinizin adı və yeri və ya iş ünvanı / valideynlərinizin telefon nömrəsi kimi şəxsi məlumatlarınızı verməyin.
  • Sizi narahat edən məktublara cavab verməyin. Məktubu göndərənə məhəl qoymayın və bütün əlaqələri kəsin. Sizin bu cür məktub almağınız sizin günahınız deyil, belə olduğu təqdirdə valideynlərinizə bildirin ki, onlar xidmət təminatçısı ilə əlaqə saxlaya bilsinlər.
  • İnternetdə sizi narahat edən şəxslərlə qarşılaşdığınız təqdirdə valideynlərinizə dərhal bildirin.
  • Hər şeyin qaydasında olduğunu yoxlamadan heç vaxt digər şəxslərə şəklinizi, əlaqə nömrələrini və digər məlumatları göndərməyin.
  • Heç vaxt valideynlərinizin icazəsi olmadan onlayn tanış olduğunuz şəxslə görüşməyin. Valideynlərinizin görüşə razı olduğu təqdirdə görüş yerinin ictimai bir yer olduğundan əmin olun və ata və ya ananızı özünüzlə götürün.
  • Yaxşı onlayn vətəndaşı olun və digər insanları incitməyin və qanuna zidd getməyin. Həmişə internetdə digərləri ilə özünüz rəftar olunmaq istədiyiniz kimi rəftar edin.

Daha ətraflı məlumat üçün http://www.childnet-int.org/ ChildNet International internet səhifəsinə baş çəkin..


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.