Skoool müəllimlərin sinifdə yaradıcı şəkildə istifadə edə biləcəkləri və onların riyaziyyat və elmi dərslərinə əlavə dəyər qatacaq böyük tədris vasitəsidir.
Sinifdə informasiya kommunikasiya texnologiyasının istifadə edilməsinin şagirdlərə böyük təsiri var və əgər sizin sinifdəı internet əlaqəsi varsa Skoool-dan istifadə oluna bilər. Burada Skoool com –dan sinifdə ən yaxşı şəkildə necə yararlanmaq barədə bir neçə təklif var.
Sinifdə və kompüter otağında
İnteraktiv ağ lövhə texnologiyasının effektiv şəkildə istifadəsi müzakirə və analizlərə yol açmaqla sinifdə tələbələr və müəllimlər arasındakı qarşılıqlı əlaqəni başqa şəklə sala bilər. Bu cür birgə fəaliyyət tədqiqat və mühakimə kimi tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirməyə kömək edir, çünki tələbələr hadisələri müşahidə edə və onlar barəsində əvvəlcədən proqnoz verə bilərlər. İnteraktiv dərslər və proqram imitasiyaları bütün sinfin qrup halında izləməsinə imkan yaratmaq üçün ekranda layihələşdirilə bilər və ya interaktiv ağ lövhədə nümayiş etdirilə bilər.
Dərslərin gedişatı zamanı sürət sizin tərəfinizdən idarə oluna bilər, interfeysin naviqasiyasını istifadə etməklə əsas məqamlara diqqət çəkə bilərsiniz. Audio sizin şəxsi şərhlərinizi əlavə etməyə və ya tələbələrinizə çatdırılan göstərişlər mündəricatına əlavələr etməyə imkan yaratmaqla yandırılıb-söndürülə bilər.
Hər bir dərsdə tələbələrin məşğulluğunu təmin etmək və onların dərrakələrini yoxlamaq üçün inkişaf testləri hazırlanır. Sinfinizin mövzunu anlayıb-anlamadığını qiymətləndirmək üçün hər bir tələbənin tapşırığı bitirməsinə çalışın, sonra onların nəticələrini qeyd edin və fənn üzrə göstərdikləri tərəqqini cədvəlləşdirin.