Skoool tələbə və müəllimləri riyaziyyat və ümumi elmlərdə müəyyən edilmiş çətin sahələrin öyrənilməsinə və qavranılmasına kömək edən zəngin və kompleks həllər ilə təmin etməyi qarşısına məqsəd qoyur.
Bizim müəllimlər üçün riyaziyyat və ümumi elmlərin necə sıx şəkildə bir-biri ilə əlaqələndiyini və Skoool-dan ən yaxşı şəkildə necə yararlanmağı öyrənməyi imkan verən bir neçə böyük vasitələrimiz var.
Bizim qlobal iqtisadiyyatımızı bilik idarə edir və bu o deməkdir ki, tələbələr hər yerdə düşünməyə və mühakimə etməyə hazır olmalıdırlar. Onlar problemləri analiz etməli, digərləri ilə əməkdaşlıq qurmağı bacarmalı və həll yollarını nəzərdən keçirə bilməlidirlər. Onlar mürəkkəb problemləri həll etməkdə onlara kömək etməsi üçün texnologiyadan necə istifadə etməli olduqlarını bilməlidirlər. Onlar riyaziyyat və ümumi elmlər kimi əsas fənlər ilə erkən tanış olmalıdırlar.
Təhsil dəyişən gələcək üçün bizə hər şeyi hazırlayan mühüm elementdir. Yeni texnologiyalar dünyanı bizim təsəvvür də edə bilmədiyimiz yollar ilə dəyişdirməyə davam edəcək. Sabahın vətəndaşları, işçiləri və müştəriləri bu bilik əsaslı iqtisadiyyatda sağ qalmaq və inkişaf etmək üçün 21-ci əsr bacarıqları ilə təmin edilməlidirlər. Skoool bu gün təhsili təkmilləşdirməyə çalışır ki, həmin tələbələr sabahı inkişaf etdirə bilsinlər. Skoool şirkəti yarandığı gündən təhsilə cəlb edilib. Buna baxmayaraq, Skoool-un təhsil sahəsində geniş miqyaslı iştirakı 1989-cu ildə başladı və keçən bir neçə illər ərzində kəskin surətdə artdı.
Intel bütün dünya üzrə təhsil sahəsinə1 milyard dollardan çox investisiya yatırıb. Biz aravermədən işlərimizi genişləndirməyə davam edəcəyik. Biz 6 qitədə, 50-dən çox ölkədə proqramları layihələşdirmək və çatdırmaq üçün təhsil, hökumət, çox millətli təşkilatlar, sənaye, akademiya və tədqiqat təşkilatlarının liderləri ilə əməkdaşlıq edirik. Bizim proqramlarımız hər bir cəmiyyətin ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. Biz müəllimlərə pulsuz ləvazimatlar, metodikalar və pul vəsaiti veririk ki, onlar bundan mühüm olan yerdə - sinifdə vəziyyəti dəyişmək üçün istifadə edə bilsinlər.