skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Rabitə (Yuxarı)
 
Atomlar niyə bir-biri ilə birləşir | İon rabitəsi | Kovalent rabitə | Metal rabitəsi
 

Atomlar niyə bir-biri ilə birləşir

Compounds are formed when two or more different elements are chemically bonded together.

Birləşmədəki elementlər bir-birinə güclü şəkildə birləşirlər, beləliklə, onları ayırmaq çətin olur.

Atomlar təsirsiz qaz ilə eyni möhkəm elektron quruluş əldə etmək üçün bir-biri ilə birləşirlər. .

Təsirsiz qazlar passivdirlər və mürəkkəb birləşmə əmələ gətirmirlər, çünki onların atomları tam xarici elektron təbəqəsinə malikdir.

Atomlar elektronlar qazanmaq və ya itirməklə ion əlaqə rabitə və ya elektronların bölüşdürülməsi, kovalent rabitədə olduğu kimi tam xarici elektron təbəqəsi əldə edirlər.

 

İon rabitəsi

Atomlar ionlar adlanan yüklü hissəcikləri yaratmaq üçün elektronları qazanır və ya itirir.

Elektronlarını itirən atomlar müsbət yüklü ionlar yaradır, elektronlar qazanan atomlar mənfi yüklü ionlar yaradır.

Natrium, 2311Na on bir elektrona malikdir. Onun elektron düzülüşü 2, 8, 1-dir.

Natrium digər elementlərlə reaksiyaya girdikdə, onun atomları müsbət yüklü ion yaratmaq üçün xarici elektronunu itirir.

11.2_ionic_bonding_V2
 
Xlor atomunun 17 elektronu vardır. Onun elektron düzülüşü 2, 8, 7-dir. Xlor öz xarici təbəqəsini doldurmaq və mənfi yüklü ion yaratmaq üçün bir elektron alır.
 
11.2_ionic_bonding_2_V2


İon rabitədə əks yüklü ionlar elektrostatik qüvvə ilə güclü şəkildə birlikdə qalır.

Natrium və xlorid ionları natrium-xloridi NaCl təşkil etmək üçün birlikdə birləşirlər.

Düsturda yüklər göstərilmir, çünki onlar neytrallaşmışlar.

Siz həmçinin maqnezium-oksid, MgO, və kalsium xlorid, CaCl2-də ionları göstərə bilməlisiniz.

İon tərkib hissələri nəhəng ion şəbəkəsi adlanan müntəzəm quruluşlar yaradır. Onlar yüksək ərimə və qaynama nöqtələrinə malikdirlər, çünki ionlar arasında çoxlu güclü əlaqələr vardır.

Suda əridikdə və ya həll olduqda, ion tərkibi elektriki keçirir, çünki ionlar hərəkət etməkdə sərbəstdirlər.

 

Kovalent rabitə

Atomlar xarici təbəqələrində bir cüt elektron paylamaqla möhkəm elektron quruluş əldə edirlər.

Bir çox kovalent rabitəli birləşmələr sadə molekullardır, məsələn, su (H2O) kimi.

Hidrogen birinci təbəqədə yalnız bir elektrona malikdir. Bu təbəqə iki elektron saxlaya bilər, belə ki, onu doldurmaq üçün ona bir elektron da lazımdır.

Oksigen xarici təbəqəsində altı elektrona malikdir, belə ki, onu doldurmaq üçün daha ikisi lazımdır.

Oksigen hər bir hidrogen atomu ilə paylanmış elektron cütünü əmələ gətirir; belə ki, bütün atomlar tam xarici təbəqəyə malikdirlər.

Bölünmüş elektronlar cütü kovalent rabitədir. Cütün bir elektronu bir atomdan, digəri isə müxtəlif atomdandır.

Kovalent rabitələr yalnız elektronların xarici təbəqələrini göstərərək bunun kimi çəkilir.

11.2_covalent_bonding_small_V2

Nöqtə və cızıqlar müxtəlif atomların xarici elektronlarını bildirir.

Quruluş diaqramında hər bir xətt bölünmüş elektron cütü – bir kovalent rabitəni göstərir.

Siz həmçinin ammonyak NH3, hidrogen H2, hidrogen xlorid HCl, metan CH4 və oksigenin O2-də kovalent rabitələrini göstərə bilməlisiniz. .

Sadə molekulyar birləşmələr aşağı ərimə və qaynama nöqtələrinə malikdirlər, çünki molekullar arasındakı qüvvələr zəifdir, baxmayaraq ki, molekullar daxilindəki kovalent rabitələr güclüdür.

Onlar elektriki keçirmir, çünki molekulların elektrik yükü yoxdur.

Almaz, qrafitsilisium-dioksid atomların nəhəng kovalent rabitəli maddələrdir. Onlar çox yüksək ərimə nöqtələrinə malikdirlər, çünki onların quruluşunda bir çox kovalent rabitələr vardır.

Almaz və qrafit hər ikisi karbonun formalarıdır.

Almazda hər bir karbon atomu dörd digər karbon atomuna birləşir. Bu 3-D nəhəng kovalent quruluş çox güclüdür. Almaz kristalı nəhəng bir molekuldur.

Silisium dioksid eyni struktura malikdir

Qrafitdə hər bir karbon atomu qatlarda nəhəng molekullar yaradaraq üç kovalent rabitə əmələ gətirir.

Qatlar arasındakı əlaqə zəifdir, belə ki, qatlar üçün bir-biri üzərində hərəkət etmək asandır.

Qrafit sərbəst elektronlardan ibarətdir, beləliklə, o elektriki keçirə bilər.


11.2_covalent_bonding2_V2

Metal rabitə

Metallar nəhəng strukturlardır.

Metal atomlarının xarici elektronları bütün quruluş boyunca sərbəst hərəkət edə bilirlər. Bu elektronlar “dənizi” ilə əhatə olunan bərk bağlanmış ion qatları əmələ gətirir.

İon və elektronlar üzərindəki yüklər strukturunu birlikdə saxlayır, amma ionlara bir-biri üzərində hərəkət etməyə imkan verir. Ona görə də metallar əyilə və dartıla bilir.

Sərbəst elektronlar metala elektrik və istiliyi keçirmək imkanı verir.

11.2_metallicbonding

Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.