skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 

Neftdən olan faydalı məhsullar (Yuxarı)

 
Xam neft | Fraksiyalı distillə | Qırılma | Plastiklər
 

Xam neft

Xam neftə Yer qabığında rast gəlinir.

Bu faydalı məhsulların ayrıldığı və ya hazırlandığı çox vacib xammaldır.

Xam neft müxtəlif tərkib hissələrin qarışığıdır.

Qarışıq kimyəvi cəhətdən bir-biri ilə əlaqəsi olmayan iki və ya daha artıq element və ya tərkib hissəsindən təşkil olunur. Distillə kimi fiziki metodlardan istifadə edərək qarışıqdan maddələrin ayrılması mümkündür.

Xam neftdəki çox molekullar karbohidrogenlərdir.

Karbohidrogen yalnız hidrogen və karbon atomlarından ibarətdir.

Karbohidrogenlərin bir ailəsi alkanlar adlanır. Molekulun əsasını təşkil edən bütün karbon atomları vahid kovalent rabitə ilə birlikdə birləşirlər. Yalnız tək rabitələrdən ibarət mürəkkəb birləşmələr doymuş olur.
 

11.3_oil_products_v2


Digər karbohidrogenlər öz quruluşunda ikiqat kovalent rabitəyə malikdir. Bu ailə alkenlər adlanır. Onlar doymamışlar adlanır.

Alkenlər quruluşlarındakı ikiqat rabitəyə görə çox aktivdirlər. Onlardan digər maddələri hazırlamaq üçün istifadə olunur.

Doymama üzrə sınaq

Bromlu su karbohidrata əlavə olunur. O doymuşdursa, bromlu su sarı-qəhvəyi olaraq qalır. Doymamışdırsa, rəngsiz olur, çünki ikiqat rabitə açılır və brom atomları əlavə olur.

11.3_crude_oil2_V2

Fraksiyalı distillə

Xam neftdəki karbohidrat molekulları ölçüsünə görə fərqlənir. Onlar fraksiyalı distillə ilə eyni ölçülü molekullar qrupuna ayrıla bilər.

Yaranan qruplar fraksiyalar adlanır. Fraksiyalardan çoxu yanacaq kimi istifadə olunur. .

Hər hansı karbohidrogen yandırıldıqda karbon dioksid və su buxarı atmosferə ayrılır.

 CH4 + 2O2   —› CO2   + 2H2O
 metan + oksigen   —› karbon dioksid + su

Çox yanacaqların tərkibində kükürd var. Onu yandırdıqda kükürd dioksid əmələ gəlir.

  S + O2   —› SO2  
 kükürd + oksigen   —› kükürd dioksid

Karbon dioksid istixana effektini artırır və qlobal istiliyə apara bilər.

Kükürd dioksid turşu yağışına səbəb ola bilər.

Fraksiyalı distillə neftin buxarlanana kimi uzun boruda qızdırılmasıdır.

Qısa karbon zəncirli mürəkkəb quruluşlar daha uçucudur və qaynamırlar, çünki aşağı qaynama nöqtələrinə malikdirlər. Onlar borunun üstünə qalxır və toplanılır. Bunlar asanlıqla axır və çox alışqandırlar.

Uzun karbon zəncirli mürəkkəb birləşmələr yüksək qaynama nöqtəsinə malikdirlər və borunun aşağısında toplanırlar. Onda daha çox yapışqandır (asanlıqla axmırlar) və az alışqandırlar.

11.3_fractional_distillation
 

Qırılma

Karbohidratların uzun zənciri yanacaq kimi faydalı deyil, çünki onlar asanlıqla alışmırlar. Amma onlar daha faydalı olan qısa karbohidrat zəncirinə bölünə bilərlər. Bu prosesə qırılma deyilir.

Qırılma özündə karbohidrogenlərin isidilməsi və alınan buxarın isti katalizator üzərindən keçirilməsini birləşdirir.

Qırılmanın bəzi məhsulları yanacaq kimi digərləri isə plastikləri hazırlamaq üçün istifadə olunur.


 
C10 H22
qırılma
C8 H18
+
C2 H4
 
   

 ————›

       
 
Dekan
 
Yanacaq üçün istifadə olunur
 

Polietileni
hazırlamaq üçün istifadə olunan etilen

 

 

Plastiklər

Plastiklər monomerlər adlanan çoxlu kiçik molekullardan ibarət polimerlər adlanan çox uzun molekullardır ki, bunlar da polimerləşmə adlanan prosesdə birləşirlər.

Məsələn, etilen molekulları birləşdikdə polietilen əmələ gəlir.

Polietilen plastik çantalar və şüşələr hazırlamaq üçün istifadə olunur.

Çox sayda propen molekulları birlikdə birləşdikdə polimer polipropen əmələ gəlir.

Polipropen tara və kəndir düzəltmək üçün istifadə olunur.

Polimerlər heç bir digər maddə olmadan monomerləri birlikdə birləşdirərək hazırlandıqda, bu proses polimerləşmə adlanır. Tənlik əlavə polimerin əmələ gəlməsini bildirir.

11.3_plastics

Doymamış monomerlərdə ikiqat rabitələr açıq qırılırlar, belə ki, onlar doymuş polimer əmələ gətirməklə birlikdə birləşirlər. Nəzərə alın ki, polimerin sonunda sərbəst birləşmələr vardır

Plastiklər çox faydalıdırlar, çünki formaya salına bilirlər, çəkidə yüngüldürlər və aşınmırlar.

Amma onlardan istifadə çətindir, çünki onlar passivdirlər və çürümürlər. Onlar mikroorqanizmlərin təsiri altında xarab olmurlar. Onlar yandırıldıqda atmosferə zəhərli qazlar buraxırlar.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.