skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Reaksiyaların təqdim olunması (Yuxarı)
 
Elementlər və mürəkkəb maddələr | Kimyəvi reaksiyalar | Elektroliz
 

Elementlər və Qarışıqlar

Hər bir element müxtəlif simvolla təqdim olunur. .

Məsələn, C karbonu bildirir.

Simvoldakı iki hərfdən ikincisi kiçik olduqda, bunların ayrı-ayrı elementlər olduğunu düşünməyin.

Məsələn, Co kobaltdır. Bu CO kimi yazılsa, karbon və oksigen demək olacaq.

Mürəkkəb maddə müxtəlif elementlər birlikdə birləşdikdə əmələ gəlir.

Mürəkkəb quruluş maddə formul ilə təqdim oluna bilər. Formul müxtəlif elementləri və hər bir elementin nisbi atom sayını göstərir.

Suyun formulu H2O-dur. Bu o deməkdir ki, suyun molekulunda iki hidrogen və bir oksigen atomu vardır.

Siz ionların yükünə baxmaqla mürəkkəb ion quruluşunun formulunu hazırlaya bilərsiniz.

Natrium ionu Na+ bir müsbət yükə malikdir.

Xlor ionu Cl- bir mənfi yükə malikdir.

Natrium xlorun formulu NaCl-dur, çünki natrium ionu üzərindəki müsbət yük xlor ionu üzərindəki mənfi yük ilə tarazlaşır.

Kalsium ionu Ca2+

Hidroksid ionu OH-

Kalsium hidroksidin formulu Ca(OH)2-dir, çünki iki mənfi yük kalsium ionu üzərindəki iki müsbət yükü tarazlaşdırmalıdır.

 

Kimyəvi reaksiyalar

Kimyəvi reaksiya söz tənliyi və ya tarazlaşdırılmış kimyəvi tənlik şəklində təqdim oluna bilər.

Havada yanan karbonun sözlə bərabərliyi budur:

karbon
+
oksigen
—›
karbon dioksid

Karbon və oksigen reaktivdirlər. Karbon dioksid məhsuldur.

Bunun üçün tarazlaşdırılmış kimyəvi tənlik budur:

C(b) + O2(q)
—›
CO2(q)


Karbonun bir atomu karbon dioksidin bir molekulunu əmələ gətirmək üçün oksigenin bir molekulu ilə reaksiyaya girir.

Mötərizədəki işarələr maddənin vəziyyətini bildirir.

(q) qaz

(b) bərk maddə

(m) is a liquid

(aq) su məhlulu (suda məhlul) deməkdir


Bəzən bir məhsuldan artığı olur.

kükürd turşusu + natrium hidroksid
—›
natrium sulfat + su

Məhsulların ümumi kütləsi reaktivlərin ümumi kütləsi ilə həmişə eynidir.

Bu ona görədir ki, məhsullar reaktivlər kimi eyni atomlardan təşkil olunub.

İşarələrlə olan tənliklər tarazlaşdırılmalıdır. Reaktivlərdəki atomun hər bir növünün ümumi sayı məhsullardakı eyni elementin atom sayına bərabər olmalıdır.

H2SO4(məh) + 2NaOH(məh)
—›
Na2SO4(məh) + 2H2O(l)


 

Elektroliz

Elektroliz zamanı ionlar elektrodlarda elektronları itirir və ya qazanır.

Neytral atom və ya molekullar buraxılır.

Yarım bərabərliklər hər bir elektrodda nə baş verdiyini göstərmək üçün yazıla bilər.

Alüminium elektroliz ilə alüminium dioksiddən ayrılır.

Mənfi elektrodda yarım reaksiya budur:

Al3+
+ 3e-
—›
Al


Hər bir ion atom əmələ gətirmək üçün 3 elektron qazanır.

Müsbət elektrodda:

2O2- - 4e-
—›
O2

Hər iki oksid ionu üçün oksigen qazının bir molekulunu yaradaraq müsbət elektrodla dörd elektron kənarlaşdırılır.

Mənfi elektrodla itmiş elektronların sayı müsbət elektrodla qazanılmışların sayına bərabər olmalıdır, belə ki, elektronları tarazlaşdırmaq üçün hər bir reaksiyada vurmaq lazımdır.

4Al3+ +12e-
—›
4Al and 6O2- -12e-
—›
3O2

Ümumi tənlik budur:

2Al2O3(m)
—›
4Al(m) + 3O2(q)

Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.