|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Atmosfer | İlkin Atmosfer | Fotosintez | Süxurlar və qazıntı halında olan yanacaqlar |
|
Atmosfer
Yer kürəsi atmosfer adlanan nazik qaz qatı ilə əhatə olunub. .
Bu Yer kürəsindəki temperaturu sabit saxlayır və onun tərkibində orqanizmlərin yaşamasına imkan yaradan qazlar vardır.
Atmosferdəki müxtəlif qazların nisbətləri:
- 4/5 (80%) azot
- 1/5 (20%) oksigen
- Karbon dioksid, su buxarı və təsirsiz qazlar kimi az miqdarda digər qazlar
Bu nisbətlər canlı orqanizmlərin fəaliyyəti sayəsində təxminən 200 milyon il eyni qalıb.
|
İlkin Atmosfer
Yer kürəsinin mövcudluğunun birinci milyard ilində ilkin atmosferi formalaşdırmış qazları buraxan çoxlu vulkanik aktivlik olub
Əsas qaz yəqin ki su buxarı və ammonyak və metanın kiçik miqdarı ilə birlikdə karbon dioksid olub
Az miqdarda oksigen olub və ya heç olmayıb.
Mars və Venerada atmosfer bu gün əsasən kiçik miqdarda oksigenlə karbon dioksiddir.
Yer kürəsi soyuduqda, su buxarı qatılaşaraq okeanları əmələ gətirib.
İlkin yaşayış formaları suda inkişaf edib.
Bunlara yosun (sadə bitkilər) və bakteriya daxildir>.
|
Fotosintez
Təqribən 400 milyard il bundan əvvəl yerdə bitkilər peyda olub.
Bu bitkilər Yer səthinin çox hissəsini əhatə ediblər.
Onlar fotosintez prosesində karbon dioksidi sorub, oksigeni buraxıblar.
|
|
|
işıq
|
|
|
|
karbon dioksid
|
+
|
su
|
—›
|
qlükoza
|
+
|
oksigen
|
|
|
|
Xlorofil
|
|
|
|
Bu reaksiya heyvanların mövcudluğu üçün vacibdir.
Oksigenin səviyyəsi artdığına görə mikroorqanizmlər üçün əlverişli olan daha az areal yaranırdı.
Oksigenin bir hissəsi Yer kürəsi ətrafında Günəşdən gələn zərərli ultrabənövşəyi şüaları süzən qat əmələ gətirərək ozon qazına çevrilirdi. Bu yeni orqanizmlərin inkişaf etməsinə imkan verdi.
Metan və ammonyak azaldı, çünki onlar oksigenlə reaksiyaya girirlər. Ammonyakın oksigen ilə reaksiyası azot buraxırdı.
ammonyak
|
+
|
oksigen
|
—›
|
azot
|
+
|
su
|
Azotun çoxu nitratları azot qazına çevirən nitritsizləşdirmə bakteriyası kimi canlı orqanizmlər tərəfindən hasil olurdu.
|
Süxurlar və qazıntı halında olan yanacaqlar
Karbon dioksidin səviyyəsi də çöküntü süxurlarda onu karbonatlara çevirən kimyəvi reaksiyalar ilə azaldı.
Bu süxurlar bəzən geoloji aktivlik nəticəsində Yerin dərinliklərinə hərəkət edirlər.
Karbonatlar vulkanlar vasitəsilə atmosferə karbon dioksid buraxaraq yüksək temperaturla parçalanırlar.
Qazıntı halında olan yanacaqlar milyon illər boyunca əmələ gəliblər
Daşlaşma prosesi geniş miqdarda karbon saxlayıb.
Qazıntı halında olan yanacaqlar yandırıldıqda karbon atmosferə daxil olan karbon dioksidə çevrilir.
Bu əlavə karbon dioksiddən bəzisi həll olmayan karbonatlar (kalsium) hasil edərək dəniz suyu ilə reaksiyaya girir.
Həll olan hidrokarbonatlar (əsasən kalsium və maqnezium) da əmələ gəlir. Amma yanan yanacaqlar atmosferdə karbon dioksidin səviyyəsində yavaş artıma səbəb olur.
|
|
|
|