skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Hüceyrələrin bölünməsi (Yuxarı)
Hüceyrələrin bölünməsi | MitozMeyoz
 

Hüceyrələrin bölünməsi

Bütün heyvanlar və bitkilər hüceyrələrdən təşkil olunub.

Orqanizm böyüdükdə hüceyrələr böyüyür və sonra onlar iki yeni hüceyrə yaratmaq üçün bölünürlər. Bu hüceyrənin bölünməsi adlanır.  Bu, hüceyrənin çoxalması üçün baş verir.

Tam böyümüş orqanizmdə hüceyrələr hələ də böyüyür və bölünür, amma daha yavaş sürətlə. Ölü hüceyrələri əvəz etmək və zədələnmiş toxumaları bərpa etmək üçün yeni hüceyrələr yaranmalıdır.

Hüceyrənin nüvəsində xromosomlar vardır.  Hər bir xromosom bir çox genlər daşıyır.

Xromosomlar kimyəvi DNT-lərdən təşkil olunur.

Gen DNT-nin bir hissəsidir.

Genlər bədənin xüsusiyyətlərini idarə edir, məsələn göz rəngi.

Genlər müxtəlif formada ola bilər. Məsələn, mavi göz, qəhvəyi göz, yaşıl göz və qonur göz genləri . Genin eyni növləri allellər adlanır.

 

Mitoz

Orqanizmin bədən hüceyrələrində xromosomlar normal halda cüt-cüt olur.

İnsan bədəninin hüceyrələri 23 cüt xromosomdan ibarətdir, hamısı birlikdə 46 xromosom edir.

Hər hüceyrə bölünməsindən əvvəl hər bir xromosomun surəti hazırlanır.

Hüceyrə bölünməsi ilə alınan yeni hüceyrələr valideyn hüceyrələri ilə eynidir. Onlar valideyn hüceyrəsində aşkar olunan eyni genləri daşıyan 23 cüt xromosomdan ibarətdir.

Hüceyrə bölünməsinin bu növü mitozadlanır. İki eyni hüceyrə hasil olur.

Aşağıdakı şəkil baş verənlərin sadələşdirilmiş izahını verir.
 


 10.3_mitosis_V2

Meyoz

Cinsiyyət hüceyrələrinin əmələ gəlməsi prosesidir.

Hüceyrə bölünməsinin bu növü meyoz adlanır və hər biri yarım xromosom sayı ilə dörd köməkçi hüceyrə yaradır.

Aşağıdakı şəkil baş verənlərin sadələşdirilmiş izahını verir.
 
Dörd cinsiyyət hüceyrəsi əmələ gətirmək üçün hüceyrə hər biri bir cüt xromosom ilə iki dəfə bölünür.

Mayalanma cinsiyyət hüceyrələri birlikdə birləşirlər. Bu xromosomlar cütünə malik olan tək bədən hüceyrəsi yaradır.

Bu hüceyrə yeni fərd yaratmaq üçün mitoz ilə təkrar-təkrar bölünür.
 

10.3_meiosis

Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.