Həzm
Həzm böyük, həll olmayan qida molekullarının qana keçməsi üçün kiçik, həll olan molekullara bölünməsidir.
Həzm mexaniki ola bilər, məsələn, qidanı kiçik hissəciklərə parçalamaq üçün ağızda çeynəmək və mədədə çalxalama.
Kimyəvi həzm fermentlər adlanan xüsusi kimyəvi maddələrin istifadəsidir.
Bunlar böyük molekulların kiçik molekullara keçməsi üçün həzmini sürətləndirən katalizatorlardır.
Cədvəldə enzimlərin (fermentlərin) növləri və həzm məhsulları göstərilir:
Ferment
|
Hara ifraz olur |
Üzərində iş apardığı qida molekulu |
Həzmin məhsulu |
Amilaza |
Tüpürcək vəziləri
Mədəaltı vəzi
Nazik bağırsağın divarları |
Nişasta (karbohidrat) |
Şəkər |
Proteaza |
Mədə
Mədəaltı vəzi
Nazik bağırsağın divarları |
Proteinlər |
Aminoturşular |
Lipaza |
Mədəaltı vəzi
Nazik bağırsağın divarları |
Piy və yağlar (lipidlər) |
Piyli turşular və qliserin |
Qida ağızda, mədədə və nazik bağırsaqda həzm olur.
Hidroxlor turşusu da mədədəhasil olur.
Bu proteaza enziminin işləməsi üçün düzgün pH-ı təmin edir və qida ilə alınan çox bakteriyaları məhv edir.
Qaraciyər öd ifraz edir Bu nazik bağırsağa keçməzdən əvvəl öd kisəsində saxlanılır.
O, mədədə qidaya əlavə olunmuş turşunu neytrallaşdırır. Bu nazik bağırsaqda enzimlər üçün qələvi mühiti təmin edir.
Öd həmçinin piyləri emulsiyaya çevirir (iri piy damcılarını kiçik hissəciklərə bölür).
Bu lipaza enzimi üçün səth sahəsini artırır.
|