skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Qan dövranı (Yuxarı)
Qan | Ürək | Qan damarları
 

Qan

Qan dövranı sisteminin funksiyası qandakı maddələri bütün bədən boyunca daşımaqdır.

Qan tərkibində ağ qan hüceyrələri, qırmızı qan hüceyrələritrombositlər olan plazma adlanan mayedən ibarətdir.

Bir çox maddələr plazmada həll olunmuş şəkildə daşınırlar. Bunlara daxildir:

  • Karbon dioksid orqanlardan ağciyərlərə
  • Həll olan həzm məhsulları nazik bağırsaqdan digər orqanlara
  • Qaraciyərdən böyrəklərə sidik

Ağ qan hüceyrələri bədənin mikroorqanizmlərə qarşı müdafiə sisteminin bir hissəsini təşkil edir. Onların nüvəsi var.

Trombositlər hüceyrələrin tərkib hissəsidir. Trombositlər qana yara sahəsində laxtalanmağa kömək edir. Onların nüvəsi yoxdur.

Qırmızı qan hüceyrələri oksigeni ağciyərlərdən orqanlara aparır. Onların nüvəsi yoxdur. Onlar hemoqlobin adlanan qırmızı piqment ilə örtülüb. Ağciyərlərdə oksigen hemoqlobinlə birləşərək oksihemoqlobin yaradır. Digər orqanlarda oksihemoqlobin oksigen və hemoqlobinə ayrılan kimi oksigen buraxılır.

 

Ürək

Ürək qanı bədən ətrafına vurur. Ürəyin divarları əzələ liflərindən ibarətdir.

Aşağıdakı şəkil ürəyin quruluşunu göstərir.

Qanvenalarla (darlarla??) bədəndən ürəyə qayıdır.   O, sağ qulaqcığa, daxil olur ki, bu da qanı sağ mədəciyə çatdıraraq sıxılır. 

O sıxıldıqda qanı, karbon dioksidin kənarlaşdığı və oksigenin hopduğu ağciyərə gedən ağciyər arteriyası vasitəsilə ürəkdən kənara çıxarır.

Ağciyərlərdən gələn qan ürəyin sol qulaqcığına daxil olur sol mədəciyə.  Bu kamera qanı ürəkdən əsas arteriyaya, aorta, və bədən ətrafına itələmək üçün çox qalın əzələ divarına malikdir. 

Qanın düzgün istiqamətə axmasını təmin etmək üçün ürəkdə klapanlar vardır.

Deyilir ki, ürək ikili nasosdur, çünki ürəyin sağ tərəfi qanı ağciyərlərə, sol tərəfi isə qanı bütün bədən ətrafına vurur. Bu ikiqat qan dövranı adlanır.
 

10.5_circulation_V2
 
Qan damarları 

Qan arteriyalarla ürəkdən orqanlara hərəkət edir və venalar vasitəsilə geri qayıdır.

Arteriyaların elastik liflərə malik nazik divarları var, belə ki, onlar qanın hərəkəti zamanı dartına bilir və əzələ onları əvvəlki formasına qaytarır.

Venaların divarları daha nazikdir, çünki onların daxilindəki təzyiq arteriyalarınkından daha azdır. Qanın geri axmasının qarşısını almaq üçün onlarda klapanlar vardır.

Kapilyarlar arteriyaları venalara birləşdirir. Onlar çox dar, nazik divarlı qan damarlarıdır. Bədən toxumalarında hüceyrəyə lazım olan oksigen kimi maddələr və qida kapilyar divarlar vasitəsilə qandan xaric olurlar. Hüceyrələrdə yaranan maddələr, məsələn, karbon dioksid, əks istiqamətdə yayılır.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.