|
|
|
|
|
|
|
|
|
|
|
|
Tənəffüs sistemi | Tənəffüs |
|
Tənəffüs sistemi
Tənəffüs sisteminin funksiyası havadan oksigeni almaq və karbon-dioksiddən azad olmaqdır. Bu qaz mübadiləsiadlanır.
Aşağıdakı şəkil tənəffüs sisteminin quruluşunu göstərir.
Ağciyərlərbədənin yuxarı hissəsində - döş qəfəsindəyerləşir.
Onlar döş qəfəsi ilə qorunur və qarın boşluğundan diafraqma adlanan əzələlər vasitəsilə ayrılır.
Qaz mübadiləsi alveolların divarları boyunca baş verir. Onlar bu funksiyaya bir neçə yolla uyğunlaşıblar:
-
Onlar çoxdur, belə ki, onlar çox geniş səth sahəsini təmin edirlər.
-
Onlar nəm səthə malikdirlər, belə ki, oksigen qana yayılmazdan əvvəl həll olur.
-
Onlar kapilyarlarla əhatə olunur, qazları aparmaq üçün yaxşı qan təchizatına malikdirlər.
Oksigen alveollardakı havadan qana yayılır və bədən ətraflarına daşınma üçün qırmızı qan hüceyrələrinə əlavə olur.
Karbon-dioksid nəfəsin verilməsi üçün qan plazmasından ağciyərlərdəki havaya yayılır.
|
|
Tənəffüs
Tənəffüs diafraqmanın və qabırğalar arasındakı əzələlərin hərəkətidir ki, bu da havanın ağciyərlərə daxil və ya xaric olması ilə nəticələnir. Havanın bu hərəkəti ağciyərlərdə hava mübadiləsi adlanır.
Nəfəsin içəri alınması nəfəsalma. adlanır.
-
Qabırğalar arasındakı əzələlər döş qəfəsinin irəli və geri çəkilməsini sıxlaşdırır.
-
Eyni zamanda diafraqma da sıxılır və yastılaşır.
-
Bu hərəkətlər döş qəfəsinin həcmini artırır.
-
Döş qəfəsi daxilində təzyiq azalır və hava ağciyərlərə daxil olur.
Nəfəsin verilməsi nəfəsvermə adlanır.
-
Qabırğalar arasındakı əzələlər rahatlayır, döş qəfəsi bayıra və içəriyə doğru hərəkət edir.
-
Eyni zamanda diafraqma rahatlayır və günbəzşəkilli olur.
-
Bu hərəkətlər döş qəfəsinin həcmini azaldır.
-
Döş qəfəsi daxilindəki təzyiq artır, hava ağciyərlərdən çıxır.
|
|
|
|