|
|
|
|
|
|
|
|
|
|
|
|
Aerob tənəffüs | Anaerob tənəffüs |
|
Aerob tənəffüs
Aerob tənəffüs oksigenin iştirakı ilə qlükozadan enerjinin ayrılmasıdır. Bu, hüceyrə daxilində mitoxondridə gedən kimyəvi reaksiyadır.
Bu reaksiya bərabərlikdə cəmlənir:
Qlükoza + oksigen + karbon dioksid + su (+enerji)
Xaric olan enerji istifadə olunur:
-
Kiçik molekullardan istifadə edərək irilərini yaratmaq
-
Əzələlərin sıxılmasına kömək etmək
-
İstilik vermək
-
Orqanizm boyunca materialların aktiv daşınması
Lazımsız məhsullar karbon-dioksid və sudur.
Karbon-dioksid zəhərlidir, tənəffüs hüceyrələrindən ağciyərlərə aparılır, buradan da nəfəs ilə verilir.
Suyun bir hissəsini bədən istifadə edir, qalanı isə böyrəklər vasitəsilə xaric olunur.
Güclü məşq zamanı ürək-damar sistemi aerob tənəffüs üçün əzələ hüceyrələrini kifayət qədər oksigen ilə təchiz etməyə bilər və onlar səmərəli şəkildə sıxılmanı dayandırır. Hüceyrələr sonradan daha çox enerji vermək üçün anaerob tənəffüsü yerinə yetirə bilər.
|
Anaerob tənəffüs
Anaerob tənəffüs oksigensiz olur. O, qlükozanı tamamilə parçalamır, beləliklə, aerob tənəffüsə nisbətən daha az enerji xaric olur. Zəhərli və qıcolmaya səbəb olansüd turşusu hasil olur.
Anaerob tənəffüsün bərabərliyi belədir:
Qlükoza + süd turşusu (+azca enerji)
Məşqdən sonra süd turşusunu oksidləşdirmək üçün daha çox oksigenlə təchiz etmək məqsədilə təngnəfəs olmağa davam edirsiniz. Tələb olunan oksigenin miqdarı oksigen borcu adlanır.
süd turşusu + oksigen→ karbon-dioksid + su
|
|
|
|