skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Sinir sistemi (Yuxarı)
Hiss orqanları və Qıcıqlandırıcılar | Mərkəzi Sinir Sistemi | Reflektor hərəkətlər | Göz
 
Hiss orqanları və Qıcıqlandırıcılar

Sinir sistemi insanlara ətraflarında olan dəyişiklikləri aşkar etməyə və onlara reaksiya verməyə imkan verir.
Sinir sistemi həmçinin davranışı uyğunlaşdırmaq üçün neyronlarla (sinir hüceyrələri) elektrik mesajları göndərir.

Qıcıqlandırıcı ətraf mühitdəki dəyişiklikdir.
Bədəndə reseptorlar adlanan xüsusi hüceyrələr qıcıqlandırıcını aşkara çıxarır.   Reseptorlar hiss orqanlarında yerləşir.

 
Hissiyyatın adı
 Hiss orqanı  Qıcıqlandırıcı
 Görmə    Göz  İşıq
 Eşitmə  Qulaq  Səs
 Tarazlıq  Qulaq  Bədən mövqeyinin dəyişməsi
 Dad  Dil   Kimyəvi maddələr
 Qoxu   Burun  Kimyəvi maddələr
 Toxunma  Dəri    Toxunma, təzyiq və temperatur dəyişkənliyi

 

Mərkəzi Sinir Sistemi

Mərkəzi Sinir Sistemi (MSS) baş beyinonurğa beynindən təşkil olunur.

MSS-dən ayrılan qollar sinirlərdir.  Hər bir sinir izolyasiya qatı ilə əhatə olunmuş bir qrup neyrondan ibarətdir.

Məlumat reseptorlardan hiss neyronları boyunca beynə ötürülür.  Sonra beyin cavab hazırlayır və hərəki neyron boyunca mesajı əzələ və ya effektor (effektor) orqana göndərir.

10.8_motor_neurone


Reflektor hərəkətlər

Qıcıqlandırıcılara bəzi cavablar avtomatik olur və çox tez baş verir, məsələn, göz qırpma və ya isti əşyadan uzaq durma.  Bunlar reflektor hərəkətlər adlanır və tez-tez bədəni təhlükədən qoruyur.

Reflektor hərəkətlər adətən üç neyronu, hissi neyron, ötürücü neyron və hərəki neyronu, cəlb edir.

Neyronlar arasındakı boşluq sinaps adlanır.

İmpuls bir neyronun sonuna çatdıqda sinir sonluğu sinapsdan növbəti neyrona yayılan kimyəvi maddə buraxır ki, o da digər impulsun göndərilməsinə səbəb olur.

İmpuls effektora çatdıqda əzələ yığılır.   Effektor vəzidirsə, o kimyəvi maddəni gizlədərək cavab verir.

Məsələn, dizdə dartılma refleksi: 

qıcıqlandırıcı  → reseptor → hiss neyronu → koordinator→ hərəki neyron → effektor → cavab

Dizdən aşağı taqqıldatma→ayaqda  → hiss neyronu → onurğa beyni →  hərəki neyron → ombada əzələ → ayağın düz dartılması

10.8_reflex_arc_V2


Göz


Gözün hissəsi
Quruluşu və funksiyası
Tor qişa Gözün arxa hissəsində işığa həssas qat; işığı sinir impulslarına çevirən reseptorlardan ibarətdir.
Büllur İşığı büllur üzərinə toplayır.
Asıcı bağlar Bülluru yerində saxlayır.
Kirpikcik əzələlər   Fokus zamanı büüillurun formasını dəyişir.   Əzələlər yaxındakı əşyanı fokusa almaq üçün sıxlaşır və uzaq əşyaları fokusa aldıqda rahatlayır.
Qüzehli qişa Bəbəyin ölçüsünü dəyişməklə gözə daxil olan işığın miqdarını idarə edən gözün rəngli hissəsi.
Bəbək İşığın gözə daxil olmasına icazə verən dəlik.
Ağ qişa Gözün bərk, ağ, xarici qatı.
Buynuz qişa İşığın gözə daxil olması üçün şəffaf olan buynuz təbəqənin ön hissəsi.   O elə əyilir ki, işığın tor qişa üzərində cəmlənməsinə kömək edir.
Görmə siniri  İmpulsları tor qişadan beynə aparan hissi neyronlardan ibarətdir.

 

10.8_eye_V2

Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.