Xəstəliyə qarşı müdafiə
Mikroorqanizmlərin daxil olmasının qarşısını almaq üçün orqanizmin müxtəlif müdafiə funksiyası var:
- Dəri manə kimi çıxış edir
- Traxeya və bronxları örtən kirpikli epiteli hüceyrələri selik, hava ilə daxil olmuş toz hissəcikləri, mikroorqanizmləri tənəffüs orqanlarından xaricə doğru itələyir.
- Qan laxtalanır və dəridə kəsikləri bağlamaq üçün cızıqlar əmələ gətirir.
- Mədədə ifraz olan hidroxlor turşusu mikrobları öldürür.
Mikroblar bədənə daxil olursa, ağ qan hüceyrələri bədəni xəstəliklərə qarşı bir neçə yolla qoruyur:
- Leykositlər mikroorqanizmləri udur və zərərsizləşdirir.
- Digərləri müəyyən virus və ya bakteriyaları məhv edən antitellər yaradır
- Digərləri bəzi mikroblar tərəfindən buraxılan toksinlərə (zəhərli maddələr) əks təsir göstərən antitoksinləri yaradır
Xəstəliklər- yoluxmuş insanlar və ya gigiyenik olmayan şərait ilə təmasda olduqda bədənə çoxlu sayda orqanizmlər daxil olduqda yaranır. Xəstəlik hava, su, ərzaq, xəstə şəxs və ya heyvanlar ilə təmasdan yayıla bilər.
Xəstəliyin simptomları adətən mikroorqanizmlərin ifraz etdiyi toksinlər ilə yaranır.
İnsanların yoluxmasının qarşısını almaq üçün onlar xəstəliyə qarşı peyvənd olunmalıdırlar.
Onlar yoluxucu orqanizmin zəifləmiş və ya ölü formalarına yeridilir.
Ağ qan hüceyrələri antitellər yaratmaqla cavab verir.
Orqanizm bədənə gec vaxtda daxil olursa, ağ qan hüceyrələri onu tanıyır və onu məhv etmək üçün antitellər yaradaraq hücuma keçir. İnsanda xəstəliyə qarşı immunitet yaranır.
BB-da (Azərbaycan Respublikasında) insanlar vərəm, qızılca, suçiçəyi, parotit və tetanusa qarşı immunlaşdırılmışlar.
|