skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
 Bitki qidalanması (Yuxarı)
 
Fotosintez | Qlükozadan istifadə | Minerala tələbat
Fotosintez Eksperimentləri | Fotosintezin sürəti
 

Fotosintez

Yaşıl bitkilər öz qidalarını fotosintez adlanan kimyəvi prosesdə hazırlayırlar.

Günəşdən gələn işıq enerjisi qlükoza şəkərindəki kimyəvi enerjiyə ötürülür.

İşıq enerjisi xlorofil adlanan yaşıl maddə tərəfindən sorulur.  Xloroplastların yaşıl rəngi də xlorofilin olması ilə əlaqədardır.

Fotosintez prosesinin çox hissəsini çoxunu yerinə yetirən bitki hüceyrələri, yarpaqda süngər və sütunvari parenximi hüceyrələri kimi, işığın çox hissəsini sormaq üçün çoxlu xloroplastlardan ibarətdir.

Bu süngər və sütunvari parenximi hüceyrəsinin şəklidir
 

Enerji karbon dioksid və suyu qlükoza və oksigenə çevirmək üçün istifadə olunur.

Karbon dioksid yarpaqlarda havadan əldə olunur.

Su torpaqlardan köklər vasitəsilə əldə olunur.

Reaksiya söz bərabərliyində cəmlənir:

     

  işıq

 

 

 

 karbon dioksid

 +

 su 

 —>

 qlükoza

 + 

 oksigen 

 

 

 

 xlorofil

 

   


Fotosintezin məhsulları bütün digər orqanizmlər üçün vacibdir.

Oksigen bitkilər və heyvanlar tərəfindən tənəffüsdə istifadə olunur.

Qlükoza heyvanlar üçün enerji mənbəyidir.

10.13_palisade_cell

Qlükozadan istifadə

Hasil olan qlükozanın bəzisi bitki tərəfindən tənəffüsdə istifadə olunur.

The energy released is used to build up smaller molecules into larger ones:

  • Buraxılan enerji saxlanılma üçün həll olunan nişastaya çevrilə bilər
  • Şəkər hüceyrə divarları üçün sellülozaya çevrilir.
  • Şəkər, nitrat və digər qidalandırıcı maddələr zülalları əmələ gətirmək üçün amino-turşulara çevrilir.
  • Şəkər toxumlarda saxlanılma üçün lipidlərə (piy və yağlar) çevrilir.

 

Mineral tələbat

Sağlam böyümə üçün mineral duzlara ehtiyac var.

Bunlar bitki tərəfindən torpaqdan mineral ionlar şəklində sorulur.

 Mineral ion  İstifadəsi  Çatışmazlıq simptomları
 Nitrat    Böyümə üçün lazım olan zülalları hazırlamaq.  Zəif böyümə və sarı yaşlı yarpaqlar.
 Fosfat  Fotosintez və tənəffüsə aid reaksiyalarda mühüm rol oynayır.  Kökün zəif inkişafı və çəhrayı yarpaqlar.
 Kalium  Fotosintez və tənəffüsə cəlb olunmuş enzimlərin işləməsinə kömək edir.  Ölü ləkələr ilə sarı yarpaqlar.

  

Fotosintez eksperimentləri

Eksperimentlər fotosintez üçün işıq, karbon dioksid və xlorofilin lazım olduğunu göstərmək üçün aparılır.

Bunlardan biri kənarlaşdırılsa, bitkidə fotosintez prosesi ola bilməz.
 

Bitkinin fotosintez olunduğunu görmək üçün yarpaq kənarlaşdırıla və nişastanın olması üçün yoxlanıla bilər.  

  • Yarpaq qaynayan suya atıldıqda ölür. Bu yarpağın içərisində olan bütün kimyəvi reaksiyaları dayandırır.
  • Yaşıl xlorofil yarpağın etil spirtində bir neçə dəqiqə qaynadılması ilə kənarlaşdırılır.
  • Yarpaq yumşalır və etil spirti isti suda yuyulur.
  • Sonra nişastanın olmasını yoxlamaq üçün yarpağın üzərinə yod məhlulu tökülür.

Bu nəticə rəngarəng yarpaq üçündür.

Yarpağın yalnız mərkəzi hissəsində xlorofil vardır. Sınaqdan sonra yalnız bu hissə yod məhlulu ilə qaralır. Bu onu göstərir ki, fotosintez üçün xlorofil lazımdır.

10.13_photosynthesis_experiment

Fotosintezin sürəti

Fotosintezin sürətinə bir sıra faktorlar təsir göstərir:

  • İşığın intensivliyi – daha çox işıq, daha çox sürət.
  • Karbon dioksid konsentrasiyası – daha çox karbon dioksid, daha çox sürət.
  • Temperatur – yüksək temperatur fotosintezin sürətini artırır, çünki o fermentlərlə idarə olunur. Amma çox yüksək temperatur enzimlərin təbii xüsusiyyətlərini dəyişə və sürəti azalda bilər.

Bu amillərdən biri çatışmadıqda, təchizat fotosintezin sürətini məhdudlaşdıracaq.
 

Qrafikdəki A xətti göstərir ki, işığın intensivliyi artan kimi fotosintezin sürəti də artır.

Sonda xətt bərabərləşir və artan işıq intensivliyinin sürətə heç bir təsiri olmur.

Amma B xətti göstərir ki, temperatur artıqda sürət də sonradan artır. Bununla belə temperatur məhdudlaşdırıcı amil olmalı idi.

 

photosynthesis

Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.