|
|
|
|
|
|
|
|
|
|
|
|
Qarşılıqlı təsir qüvvəsi | Tarazlaşdırılmamış qüvvə | Tarazlaşdırılmamış qüvvə | Qüvvə, Kütlə və Təcil |
|
Qarşılıqlı təsir qüvvəsi
İki cisim qarşılıqlı təsirdə olduqda onlar bir-birinə qüvvə tətbiq edirlər.
Bu qüvvə qiymətcə eyni olur, amma əks istiqamətə yönəlir. Onlar bərabər və əks olurlar.
Divarın qüvvəsi maşının qüvvəsinə bərabərdir.
|
|
Tarazlaşdırılmış qüvvə
Cismə təsir edən qüvvələr bir-birini tarazlaşdırarsa onlar cismin hərəkətinə təsir etməyəcək.
Cisim hərəkətsizdirsə, o sükunət halında qalacaq.
Cisim hərəkət edirsə, sabit sürətlə hərəkət etməyə davam edəcək.
Mühərrikin ilkin qüvvəsi yol və havanin sürtünmə qüvvəsinə bərabərdir, beləliklə, maşın sabit dəyişməz sürətdə gedir.
|
|
Tarazlaşdırılmamış qüvvə
Maşının sürətini dəyişmək üçün qüvvələr qeyri-bərabər olmalidir.
Mühərrikin qüvvəsi sürtünmə qüvvəsindən böyükdürsə, maşın sürətini artıracaq.
Sürtünmə mühərrikin qüvvəsindən böyükdürsə, maşın sürətini azaldacaq.
Tarazlaşdırılmamış qüvvənin ölçüsü nə qədər böyük olsa, obyekt bir o qədər böyük sürət alar və ya sürətini azaldar.
Hərəkətsiz cisim qiymətcə böyük qüvvənin istiqamətinə doğru hərəkət etməyə başlayacaq.
|
Qüvvə, Kütlə və Təcil
Obyektin sürətini artırması üçün tarazlaşdırılmamış qüvvə işə keçməlidir.
Qüvvə nə qədər böyük olsa, təcil də bir o qədər böyük olacaq.
Cismin kütləsi də təcilə təsir edir.
Eyni qüvvə müxtəlif ölçülü obyektlərə tətbiq olunursa, az kütləli obyekt daha böyük sürətə malik olacaq.
İkiqatlı avtobus və mikroavtobusun itələnməsini fikirləşin. Avtobusun mikroavtobus ilə eyni sürətdə olması üçün daha böyük qüvvə tətbiq etməli olacaqsınız.
|
Qüvvə, kütlə və təcil bu bərabərlikdə əlaqələndirilir:
Qüvvə |
=
|
Kütlə
|
x
|
Təcil
|
və ya
|
F = ma |
(N)
|
|
(kq)
|
|
(m/s 2 )
|
|
|
Beləliklə, bir kiloqram kütlənin 1 m/s2-da təcilinin artması üçün bir Nyuton qüvvə lazımdır.
|
|
|
|