skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 

Sürtünmə qüvvəsi və Dəyişən hərəkət (yuxarı)

 
Sürtünmə | Tormoz yolu | Son sürət
 

Sürtünmə

Sürtünmə
hərəkətə müqavimət göstərən qüvvədir.

Sürtünmə qüvvəsi cisim suda və ya havada hərəkət edərkən və ya bərk səthlər bir-biri üzərində sürüşərkən yaranır.

Cisim mayedə nə qədər sürətlə hərəkət etsə, sürtünmə qüvvəsi bir o qədər böyük olar.

Sürtünmə cisimlərin isinməsinə və öz səthlərində yeyilməsinə səbəb olur.

Maşınlarda sürtünmə əhəmiyyətlidir.

Təkərlərdə müəyyən miqdarda qoruyucu olmalıdır, əks təqdirdə onlar yolda dayanmayacaqlar. Tormoz maşını dayandırmaq üçün böyük sürtünmə qüvvəsi sərf edir.

Maşınlar nə qədər sürətlə getsə, onu müəyyən məsafədə dayandırmaq üçün bir o qədər böyük tormoz qüvvəsi lazımdır və ya eyni qüvvə tətbiq olunsa, daha böyük məsafə lazımdır.

Həddən böyük tormoz qüvvəsi tətbiq olunursa, nəqliyyat vasitəsi yol və təkərlər arasındakı kiçik sürtünməyə görə kənara sürüşə bilər.

 

Tormoz yolu

Nəqliyyat vasitəsinin ümumi tormoz yolu = fikirləşmə məsafəsi + tormoz məsafəsi.

Fikirləşmə məsafəsi sürücünün reaksiya verməsi və ayağını tormoza qoymasına sərf etdiyi vaxt ərzində nəqliyyat vasitəsinin nə qədər uzaq məsafəyə getməsidir.

Tormoz yolu tormoza basıldıqdan sonra nəqliyyat vasitəsinin getdiyi yoldur.

Fikirləşmə məsafəsinə təsir edən amillərə aiddir:

  • Yorğunluq
  • Narkotik vasitələr və dərmanlar
  • Spirtli içki
  • Zəif görmə
  • Nəqliyyat vasitəsinin sürəti

Tormoz məsafəsinə təsir edən amillərə aiddir:

  • Maşının sürəti
  • Təkərlərin vəziyyəti
  • Tormozun vəziyyəti
  • Yolun vəziyyəti - yaş, buzlu və ya yağlı olması
  • Nəqliyyat vasitəsinin kütləsi

 

Son sürət

Cisim düşdükdə ona təsir edən ağırlıq qüvvəsinə görə Yerə doğru sürəti çoxalacaq. This force can also be called weight.

Hava və cisim arasındakı sürtünmə qüvvəsi əks istiqamətə işləyəcək.

Cisim nə qədər sürətlə düşürsə, ona daha çox hava təsir edir , beləliklə havanın müqaviməti tədricən artır.

Düşən cismin böyük səth sahəsi varsa, sürtünmə qüvvəsi daha böyük olacaq.

12.8_terminal_velocity

Paraşüt böyük səth sahəsi təmin edir.

Yuxarıya doğru təsir göstərən sürtünmə qüvvəsi obyekt üzərinə aşağıya doğru təsir göstərən ağırlıq qüvvəsinə bərabər olduqda, nəticədəki qüvvə sıfır olacaq.

Cisim sonra sabit sürətlə düşür.

Bu sürət onun son sürəti adlanir.

Nəqliyyat vasitəsinin sürəti dəyişməzdirsə, mühərrikin idarə olunma qüvvəsi hava və yola görə sürtünmə qüvvəsinə bərabərdir.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.