skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 

Radioaktivliyin növləri, xüsusiyyətləri və istifadəsi (Yuxarı)
 
Radiasiya fonu | Radiasiyanın növləri | Radiasiyanın təhlükələri | Yarılanma müddətiRadiasiyadan istifadə | Uses of Radiation
 

Radiasiya fonu

Bəzi maddələr hər zaman radiasiya verir. Onlar radioaktiv maddələr adlanırlar.

Radioaktiv atomlar qeyri-sabitdirlər və təsadüfən parçalanırlar.

Bu baş verdikdə bəzi atomların nüvəsi parçalanır və radiasiya buraxır.

Ətrafımızda – yerdə, havada, tikinti materiallarında və qidada radioaktiv maddələr vardır.

Radiasiya kosmosdan da bizə çatır.

Bütün bu mənbələrdən gələn radiasiya radiasiya fonu adlanir.

 

Radiasiyanın növləri

Radiasiyanın radioaktiv maddələr ilə ayrılan üç növü vardır.

Alfa hissəciklər – çox təsiredici deyildir. Bunlar havanın bir neçə santimetri və ya nazik kağızla sorulur.

Beta hissəciklər – orta səviyyədə təsiredicidir. Onlar havadan və kağızdan asanlıqla keçir, amma metalın bir neçə millimetri ilə sorulur.

Qamma şüalar – çox təsiredici elektromaqnit dalğalardır. Onlar qurğuşunun bir neçə santimetri və ya betonun bir neçə metri ilə sorulur.

Radiasiya materialdan keçdiyinə görə o sorula bilər. Material nə qədər nazik olsa, bir o qədər çox radiasiya sorulur.

 

Radiasiyanın təhlükələri

Radioaktiv maddələrdən gələn radiasiya neytral atomlar və ya molekullarla toqquşduqda onlarionlaşa bilərlər. Bu o deməkdir ki, onlar ionlar yüklü hissəciklər əmələ gətirirlər

Canlı hüceyrələr daxilindəki molekullar ionlaşanda onlar xərçəng də daxil olmaqla ziyan ilə nəticələnə bilər.

Radiasiyanın gücü nə qədər böyük olsa, xərçəngin şansı bir o qədər böyükdür.
Radiasiyanın yüksək dozaları hüceyrələri öldürə bilər.

Radiasiyanın mənbələri bədəndən kənarda olduqda, alfa radiasiya ən az təhlükəlidir, çünki o dəriyə daxil ola bilmir və canlı hüceyrələrə çatmır.

Beta və qamma radiasiya ən təhlükəlidir, çünki onlar dəriyə daxil ola və orqanların hüceyrələrinə çata bilir, onlar da onu sorurlar.

İşçi nə qədər çox radiasiyaya məruz qalsa, lent bir o qədər çox qaralır.
Radioaktiv mənbələr bədən daxilindədirsə, alfa radiasiya ən təhlükəlidir, çünki o hüceyrələrlə güclü şəkildə sorulur.
Beta və qamma şüalanma daha az təhlükəlidir, çünki onlar toxumaya daxil olurlar.

If radioactive sources are inside the body, alpha radiation is the most dangerous because it is strongly absorbed by the cells.
Beta and gamma radiation are less dangerous because they can penetrate the tissue.
 

Yarılanma müddəti

Qeyri-sabit atomlar dağıldığına görə radioaktiv mənbələr ilə şüalanan radiasiya tədricən azalıry.

Radioaktiv maddənin yarılanma müddəti radioaktiv atomların yarısının dağılması üçün sərf olunan vaxtdır.

Beləliklə, bu orijinal maddənin ilkin dəyərinə enməsi sürətinin hesablanması vaxtıdır.

Radiasiyanı aşkar etmək və ölçmək üçün Geiger#252;Müller borusu və ya G-M borusundan,istifadə olunur. Radiasiyanın miqdarı cps (saniyədə impulslar) ilə hesablanır.

12.22_half_life


Bu maddənin yarılanma müddəti 15 dəqiqədir.

Nüvə nə qədər qeyri-sabit olsa, yarılanma müddəti bir o qədər qısa olar.

Uzun yarılanma müddətinə malik maddələr ən çox təhlükəlidirlər, çünki onlar çox illər radioaktiv qalır.

 

Radiasiyadan istifadə

  • Xərçəng hüceyrələrinin öldürülməsi.
  • Zərərli mikroorqanizmlərin öldürülməsi.
  • Kağız, rezin və metal lövhələr kimi istehsal olunmuş materialların qalınlığını yoxlamaq və onlara nəzarət etmək.
12.22_uses_of_radiation


Beta mənbəyi tez-tez istifadə olunur.

Lövhə düzgün qalınlıqda qalırsa, detektor davamlı göstəricini göstərir.

Göstərici yuxarı qalxırsa, lövhə çox nazik, aşağı enirsə çox qalındır.

İstifadə olunan radioaktiv mənbələr adətən qamma yayıcılardır, beləliklə, radiasiya bədəndən detektora keçir və hüceyrələr tərəfindən sorulur. Onların çox qısa yarılanma müddəti vardır, hüceyrə zədələnməsini minimuma endirmək üçün onlar tez dağılırlar.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.