skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Cəbr (orta) – İfadələrin sadələşdirilməsi
 
İfadələr | Toplama və çıxma qaydaları | Hədlərin vurulması | Hədlərin bölünməsi
 

İfadələr

İfadələr + və ya – işarələri ilə ayrılmış hərf qruplarıdır.

3p + 2t ifadədir.

3p və 2t hədlər adlanır.

Oxşar hədlər eyni hərflərdir.

 

Toplama və çıxma qaydaları

İfadələr yalnız “oxşar hədləri” toplamaq və ya çıxmaqla sadələşdirilə bilər.

Aşağıdakı ifadələrin necə sadələşdirildiyinə baxın:

t + t + t = 3t
3t – t = 2t
4p + 3p = 7p
pq + pq = 2pq
q2 +q2 = 2q2

Bütün bunlarda “oxşar hədlər” var və bununla da sadələşdirilə bilər. (Qeyd: qüvvətlər də eyni olmalıdır.)

Aşağıdakı ifadələrdə oxşar hədlər yoxdur və sadələşdirilə bilməz:

3y + 2t = 3y + 2t
4y + 3 = 4y +3
y2 + y3 = y2 +y3
5x – 3y = 5x – 3y

Bu daha çətin ifadələrə tətbiq oluna bilər, aşağıdakı misallardakı kimi.

Misal 1: Sadələşdirin 3t + 4p + 2t - 3p

3t + 2t = 5t (Qeyd: həddin qarşısında işarə var ki, o onunla qalmalıdır)

4p – 3p = p

Bununla da 3t + 4p + 2t – 3p = 5t + p


Misal 2: sadələşdirin 5y + 6x – 3y – 8x

5y – 3y = 2y

6x – 8x = –2x

Bununla da 5y + 6x – 3y – 8x = 2y – 2x

 

Hədlərin vurulması

a. Oxşar hədlər
y × y x y = y3
 
 

y x y x y x y = y4

 

Kiçik ədəd əmsaldır, adətən “qüvvət” adlanır – bu bizə həddi neçə dəfə özünə vurmağımızı deyir.

Misal: p5 = p x p x p x p x p

p5 x p2 = p x p x p x p x p x p x p = p7


Qeyd: Qüvvətləri aşağıdakı kimi toplayaraq buna nail olmaq olar.

p5 x p2 = p5 + 2 = p7

Bu ifadələrin necə sadələşdirildiyinə baxın:


3p2 x 5p3 = 15p5

2y3 x 4y4 = 8y7


b. Oxşar olmayan hədlər

Aşağıdakı ifadələrin necə sadələşdirildiyinə baxın:

p x q = pq  (Qeyd: vurma işarəsini atırıq).

3p x 2q = 6pq (birinci ədədləri vururuq və sonra hərfləri)

p2 x q3 = p2 q3

5 x q = 5q


Cəbrdə vurma qaydaları

Qayda 1: “Oxşar hədlər” üçün qüvvətləri toplayırıq.

Qayda 2: “Oxşar olmayan hədlər” üçün vurma işarəsini atırıq.

 

Hədlərin bölünməsi

a. Oxşar hədlər

Sadələşdirin:
t5 / t2 =
t5
(cəbrdə bölmə işarəsi kimi istifadə olunur)
 
   
t2
   
 
=
t x t x t x t x t  
   
        t x t
   
 

 =

 t3    
Bununla da
 t5 / t2=  t3  

Bu qüvvətləri çıxmaqla mümkündür, aşağıdakı kimi.

6p 7 / 3p 2 = 2p 5

Birinci ədədlər bölünür, sonra hərflər.


b. Oxşar olmayan hədlər:

Misal 1: sadələşdirin p5 / y3 = p5
    y3

Bu halda qüvvətləri çıxa bilmərik.

Misal 2: Sadələşdirin 6q3 / 2t5 = 6q3
  2t5
   
 

  =

 3q3
   t5

Bu halda ədədləri bölə bilərik.

Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.