| Daha çətin məsələlər “Ən azı” məsələləri Misal 1: Yuxarıdakı Şərti Ehtimal məsələsində ən azı bir yaşıl diskin çıxarılma ehtimalı nədir?
 Bu halda yeganə maraqlanmadığımız nəticə iki mavi diskdir. Belə ki, yaza bilərik: 
| P (ən azı 1 Y) = 1 – P (MM) 
 |  
|  | = 1 – 1∕3 
 |  
|  | = 2∕3 
 |  Bu ümumi qayda kimi yazıla bilər: 
| P (ən azı bir) = 1 – P (heç bir) |  Digər məsələlər
 Misal 2: Behbud və Cavid üç tennis seti oynayırlar. Behbudun birinci seti udma ehtimalı 0.4-dür.
 Behbud seti udursa, onun növbəti udma ehtimalı 0.7-dir.  Cavid seti udursa, onun növbəti udma ehtimalı 0.8-dir.  a) Cavidin bütün setləri udma ehtimalını hesablayın.  
| P (Cavid 3 set udur)  | = 0.4 x 0.7 x 0.7 |  
|  | = 0.196 |  b) Behbud ən azı bir set udması ehtimalını hesablayın. 
 
 
| P (Behbud ən azı bir set udur)  | = 1 – P (heç birini udmur) |  
|  | = 1 – 0.196 |  
|  | = 0.804 |  Misal 3: Mən işə gedərkən mən iki işıqfor, A və B keçirəm.
 A-da dayanma ehtimalım 0.4-dür. A-da dayanmalıyamsa, B-də dayanma ehtimalım 0.8-dir. A-da dayanmıramsa, B-də dayanma ehtimalım 0.3-dür.  A və B-nin hər ikisində dayanma ehtimalım nə qədərdir?  Ən azı bir dəfə dayanma ehtimalımı hesablayın. 
| P (dayanma və dayanma)  | = 0.4 x 0.8 |  
|  | = 0.32 
 |  
| P (A-da dayanmama) | = 1 – 0.4  |  
|  | = 0.6 
 
 |  
| P (B-də dayanmama)  | = 1 – 0.3 |  
|  | = 0.7 
 
 |  
| P (ən azı bir dəfə dayanma) | = 1 – P (heç bir)  |  
|  | = 1 – (0.6 x 0.7)  |  
|  | = 0.58 |  |