ƏəIıĞğÖÖŞşÇçÜü skoool™.com

skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Dəyişkənlik (yuxarı)
 
Xüsusiyyətlər | Genetik Fərqlilik | Ətraf mühit dəyişkənliyi | Çoxalma | Mutasiyalar | Mendel
 

Xüsusiyyətlər

İki fərd eyni deyildir.

Müxtəlif nəsillər müəyyənləşdirilə bilər, çünki onların müxtəlif forma və xüsusiyyətləri vardır.

Bunlar orqanizmləri qruplara ayırmaq üçün istifadə oluna bilər.

Hətta eyni nəslin fərdləri xüsusiyyətlərdə dəyişiklik göstərə bilər. Məsələn, saç rəngi və ya çillərin olub-olmaması.

Eyni ailədəki insanlar eyni cəhətləri paylaşırlar. Bəzi xüsusiyyətlər anadan, bəziləri isə atadan nəsilliklə alınır.

Bu məlumat atadan cinsiyyət hüceyrələri (qametlər) ilə keçir.

 

Genetik Fərqlilik

Fərdin xüsusiyyətləri barədə məlumat genlər formasında daşınır.

Genlər xromosomlarda hüceyrənin nüvəsi daxilində yerləşir .

Fərdin genlərinə görə dəyişməsi genetik fərqlilik adlanır.

Məsələn, armudun forması, qızılgülün rəngi, kişi və ya qadın olmağınız, dilinizi qatlaya bilməniz, bunların hamısı genetik fərqliliyə misallarıdır.

 

Ətraf mühit dəyişkənliyi

Fərdlər həm də inkişaf etdikləri şəraitə görə də dəyişkənlik göstərirlər.

Məsələn, günəbaxan tumu daha işıqlı, isti yerdə yetişdirilsə və ya ona daha çox su və minerallar verilsə, o tum qablarının ölçüsündən daha uzun böyüyə bilər.


Fərd öz saçını rəngləməyi və ya qulağını deşdirməyi qərara ala bilər.

Bəziləri bədbəxt hadisə nəticəsində çapıq ala bilər və ya barmağının bir hissəsini itirə bilər.

Bütün bunlar ətraf mühit dəyişkənliyinə misaldır..

Adətən orqanizmin xüsusiyyətləri genetik və ətraf mühit dəyişkənliyinin nəticəsidir.

 

Çoxalma

Çoxalmanın iki növü vardır.

Cinsi çoxalma iki valideyn, kişi və qadın vasitəsilə olur.

Bu nəslin böyük dəyişkənliyini artırır, çünki:

  • Hər bir valideyn meyoz ilə qametlər (cinsi hüceyrələr) yaradır, iki qamet eyni olmur.
  • Erkək və dişi qametlər mayalanma zamanı bir yerdə birləşirlər.
  • Hər allel cütündən biri iki valideyndən genetik məlumatların qarışığını götürən fərd yaratmaq üçün bir valideyndən gəlir.
  • Cüt şəkildə olan allellər fərqlənir, bu da müxtəlif xüsusiyyətlərin artmasına səbəb olur.

Asexual reproduction involves one parent only.

Valideyn hüceyrəsindən meyoz ilə neyi yeni hüceyrələr yaranır.

Bütün nəsil genetik cəhətdən valideynlərlə eynidir, çox kiçik fərqlilik vardır.

Genetik cəhətdən eyni olan orqanizmlər klonlar adlanır.

 

Mutasiyalar

Mutasiya gen və ya xromosomda təsadüfi dəyişiklikdir.

Mutasiyalar təsadüfən baş verir, amma bir baş vermə şansı artır:

  • Ultrabənövşəyi şüa daxil olmaqla ionlaşmış radiasiyaların, rentgen şüaları və radioaktiv radiasiyanın xarici təsirinə məruz qalma. Radiasiyanın miqdarı nə qədər çox olsa, mutasiya şansı bir o qədər çoxdur.
  • Müəyyən kimyəvi maddələr, siqaret tüstüsündəki kimyəvi maddələr.

Çox mutasiyalar zərərlidir. 

Onlar bədən hüceyrələrində baş versə, hüceyrələrin böyüməsinə və nəzarət olunmayan yolla bölünməsinə və bədənin digər hissələrini tutmasına səbəb ola bilər. Bu xərçəngdir.

Onlar çoxalma orqanlarında baş verirsə, mutasiya nəslə keçə bilər.

Yeni nəsil anormal şəkildə inkişaf edə bilər və ya inkişafın ilkin mərhələsində ölə bilərlər.

Bəzi mutasiyalar öz təsirlərinə görə neytraldır.

Nadir hallarda mutasiya yaşama şansını artıra bilər.

 

Mendel

Qreqor Mendel lobya bitkilərinin təxmin edilən yolla keçməsi üzrə müəyyən xüsusiyyətləri kəşf edən Avstriya rahibi olmuşdur. O, gülün rəngi, toxumun forması və hündürlüyü kimi xüsusiyyətlərini müşahidə etmişdir.

Bu müşahidələrin nəticəsi əsasında o bildirmişdir ki, xüsusiyyətlər birləşə bilməyən hissəciklər də daşınırlar.

O, hər bir xüsusiyyət üçün iki hissəciyin olduğunu, amma yalnız birinin növbəti nəslə keçdiyini tapmışdır.

Məsələn, qırmızı və ağ rəngli gülləri olan bitkilər çarpaz tozlandıqda əmələ gələn çəhrayı deyil, yalnız qırmızı və ya ağ güllər olacaq. İndi biz hissəcikləri “genlər” adlandırırıq.

Mendelin işinin əhəmiyyəti ölümünə kimi tanınmamışdır, çünki ictimaiyyətə kifayət qədər dolğun şəkildə bildirilməmişdir.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.