ƏəIıĞğÖÖŞşÇçÜü skoool™.com

skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
İrsiyyətin idarə olunması (yuxarı)
Kəsilmələr | Süni seleksiya | Seleksiyanın zərərləri | Klonlaşdırma texnikası | Genetik mühəndislik

Kəsilmələr

Yeni bitkilər köhnələrdən zoğlar götürülərək tez və ucuz böyüyə bilər. Bütün yeni bitkilər genetik cəhətdən ana bitki ilə eynidir, tam eyni xüsusiyyətlərə malikdirlər.

Zoğlar isti, nəm şəraitdə saxlanıldıqda çox tez kök ata bilərlər.

Süni seleksiya

Bitki və heyvanların yeni növləri süni seleksiya ilə yaradıla bilər.

Fermer və bitki becərənlər faydalı xüsusiyyətlərə malik fərdləri seçirlər və onları çoxaldırlar. Bitkilər bunlara görə çoxaldıla bilər:

  • Qoxu
  • Görünüş
  • Xəstəliyə qarşı müqavimət
  • Ölçü

Heyvanlar bunlara görə çoxaldıla bilər:

  • Ətin dadına görə
  • Bədən ölçüsü
  • Böyümə sürəti
  • Südvermə
  • Görünüş

Arzuolunan xüsusiyyətlərlə birinci nəsildən olan fərdlər çarpaz çoxalırlar, bu seleksiya prosesi və çoxalma bütün nəsil arzuolunan xüsusiyyətlərlə inkişaf edənə kimi davam edir. Bu seleksiya prosesi yeni növün yaradılması üçün bir neçə il çəkə bilər.

Seleksiyanın zərərləri

  • Yeni növün yaradılması uzun müddət çəkir
  • Əhalidə allellərin müxtəlif saylarını azaldır
  • Klonlaşdırma, məsələn, kəsimlər aparmaq, həmçinin allellərin sayını azaldır
  • Gələcəkdə yeni növlər yaratmaq daha çətin ola bilər
  • Növlər dəyişmiş ətraf mühit şəraitinə uyğunlaşa bilmədikdə bu onların yaşamasında problemlərə səbəb ola bilər, məsələn, onlar eyni olsa yeni xəstəlik onları məhv edə bilər.

Klonlaşdırma texnikası

Bitki toxuması mədəniyyəti
Sağlam, xəstəlik olmayan və arzuolunan xüsusiyyətlərə malik bitkidən kiçik hüceyrə qrupları steril aqar-aqar lövhələrdə becərilir.
Aqarın tərkibində böyümə üçün lazım olan qidalandırıcı maddələr və hormonlar vardır.

Eyni hüceyrələr qrupu mitoz nəticəsində əmələ gəlir. 

Bunlar hamısı eyni klon olan bir çox yeni bitkilər yaratmaq üçün birləşirlər.

Heyvan embrionları transplantları
AYumurta hüceyrəsi Petri fincanında mayalandırıla bilər. Sonra o, embrion adlanan hüceyrələr topuna çevrilir.

Bu hüceyrələr vaxtından əvvəl bir-birindən ayrılırsa və sahib anaya köçürülürsə, hər biri bütün digərləri ilə eyni olan yeni orqanizm kimi inkişaf edir.

Digər yollardan da istifadə olunur.

Genetik mühəndislik

Genetik mühəndislik özündə xromosom üzərində spesifik genin müəyyənləşdirilməsi, fermentlərdən istifadə edərək onun kəsilməsi və faydalı məhsullar almaq üçün onun müxtəlif orqanizmlərə köçürülməsini birləşdirir.

İnsan genləri şəkər xəstələri üçün insulin və uşaqlar üçün böyümə hormon almaq üçün bakteriyalara daxil edilir.

Peyvəndantibiotiklər kimi digər dərmanlar bu yolla istehsal olunur.

Böyük miqdarda dərmanlar istehsal etmək üçün genetik cəhətdən işlənmiş bakteriyaları böyük miqyasda yaradırlar.

Genlər heyvan embrionlarına ötürülə bilər, beləliklə, onlar arzuolunan xüsusiyyətlərlə inkişaf edirlər, məsələn, qoyun və inəklər öz südlərində hormon və dərmanlar hasil edə bilərlər.

Sağlam genləri qüsurlu olanların yerinə qoymaqla biz bəzi irsi xəstəlikləri müalicə etməyə yaxınıq.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.