skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Forma, Məsafə və Ölçü (orta) – Bucağın xüsusiyyətləri
 
 
Düz xətt üzərindəki bucaqlar | Bir nöqtədən keçən bucaqlar | Qarşılıqlı bucaqlar
Müvafiq hallarda bucaqların bir sıra xüsusiyyətləri vardır.
Açıq bucaq

Tərəfləri əks şüalar olan bucaqlar 180o-yə bərabərdir. Bu aşağıdakı şəkildə göstərilir.

 

angle properties1

Bucaq a + Bucaq c =180o
Bucağın birinin dərəcəsi məlum olduqda digər bucağın dərəcəsini tapmaq üçün bu xüsusiyyətdən istifadə edərək məsələləri həll edə bilərik.
 
Məsələn:
Yuxarıda göstərilmiş şəkildə olduğu kimi bucaqlardan yalnız biri verildikdədərəcəsi məlum olmayan bucağı hesablayın. ao = 70o, c bucağını hesablayın.
 
70 + c = 180 (Angles on a straight line)
c = 180 – 70 = 110o
 

Tam bucaqlar

Tam bucaqlar 360o qədərdir.

Aşağıdakı şəkildə:

angle properties2

angle properties3

 
Bu xüsusiyyətdən məsələləri həll etmək üçün istifadə edə bilərik.
 
Məsələn:

1) Yuxarıdakı şəkildə bucaqlardan üçünün dərəcəsi məlumdursa, onda dördüncü bucağın dərəcə ölçüsünü tapmaq üçün 360 dərəcədən bu bucaqların dərəcə ölçülərinin cəmi çıxılır

Bucaqlar AED, BEC, və AEB 30o, 30o və 150o bərabərdir. DEC hesablayın.

Bucaq DEC = 360 – (30+30+150)
= 360 – 210
= 150o
 
2) Aşağıdakı şəkildə 90, 90 və 41. bucaqları verilmişdir. Bucaq e-ni hesablayın.
angle properties4

Bucaq e = 360-(41+90+90)

 = 139o

 

Qarşılıqlı bucaqlar
 

X formasında iki kəsişən düz xətt arasında qalan bucaqlar bərabərdir. Aşağıdakı şəkildə:
angle properties5
angle properties6
 

Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.