| Sahə fiqur daxilindəki məsafədir (boşluqdur). Bu, fiqurun kvadratlara bölünməsi və onların sayılması ilə ölçülür. Tərəfin kvadratları 1sm-dirsə, onda sm2 ölçü vahidindən istifadə edə bilərik. 
 | 
| Simmetrik olmayan fiqurlar torda çəkilə bilər və sahə kvadratları saymaqla hesablana bilər. kvadratın hissələri tam kvadrat düzəltmək üçün əlavə olunmalıdır. 
 | 
| Məsələn: Aşağıdakı fiqurun qiymətini hesablayın:
 
 | 
|   | 
| Sahə = 3½ kvadrat
 | 
| Üçbucaqlar, düzbucaqlar və deltoidlər (çərpələng şəkilli fiqurlar) kimi simmetrik fiqurlar üçün sahəni hesablamağa düstur vardır. 
 | 
| Düzbucaqlının sahəsi | 
|  | 
| Məsələn: Aşağıda göstərilən düzbucaqlı paralelepipedin həcmini hesablayın. ABCD düzbucaqlısının sahəsini hesablayın.
 | 
|   | 
| Sahə=15 x 8= 120sm2 (Sahənin ölçü vahidi: sm2 ) 
 | 
| Üçbucağın sahəsi | 
| 
| Sahə = ½ x oturacaq x hündürlük |  | 
| Məsələn: ABC üçbucağının sahəsini hesablayın.
 | 
|   | 
| Sahə=1/2 x 10 x 6= ½ x 60 = 30 sm2 
 | 
| (Qeyd: 10 x 60 BC üzərində dayanan düzbucaqlının sahəsini verəcək, üçbucağın sahəsi bu sahənin yarısıdır). | 
|  | 
| Paraleloqramın sahəsi | 
| 
| Sahə = oturacaq x hündürlük |  | 
|  | 
| Məsələn: PQRS paraleloqramının  sahəsini hesablayın.
 | 
|   | 
| Sahə = 10 x 6 = 60sm2 
 | 
| Deltoid və Rombların sahəsi | 
| 
| Sahə = ½ (diaqonalların vurma hasili) |  | 
| Məsələn ABCD deltoidi və LMNO rombunun sahələrini hesablayın.
 | 
|   | 
| ABCD və LMNO sahəsi  = ½ x 10 x 6 =30sm2 
 | 
| Trapesiyanın sahəsi | 
| 
| Sahə = ½(paralel tərəflərin cəmi) x hündürlük |  | 
| Məsələn ABCD trapesiyasının sahəsini hesablayın.
 | 
|   | 
| Sahə = ½ (10+20) x 5 = ½ x 30 x 5 = 75sm2 
 | 
| Qeyd Bəzən məsələdə sahə verilir və bizdən tərəflərin birinin uzunluğunu hesablamaq istənilir. 
 | 
| Məsələn Üçbucaqdakı QR uzunluğunu hesablayın, sahə 20sm2
 | 
|   | 
| 20 = ½ x 4 x QR 20 = 2 x QR
 QR = 10sm
 
 | 
| Mürəkkəb fiqurlar Bəzi məsələlərdə fiquru simmetrik fiqurlara bölmək lazım olur. Sahələri toplaya və ya çıxa bilərik.
 
 | 
| Məsələn Aşağı şəkildəki a) ümumi sahə və b) şəkildə rənglənmiş sahəni hesablayın.
 | 
|   | 
| a) Ümumi sahə = Sahə A + Sahə B =(2x3) + (5x10)
 = 6+50
 = 56sm2
 | b) Rənglənmiş sahə  = 56 – (2x2) = 52sm2
 | 
|  |