Həcm fəza fiqurlarının daxilindəki tutumudur. Bu fiqur daxilində olan kubların sayı ilə ölçülür.
Kubun tili 1sm uzunluğundadırsa, onda həcmin ölçü vahidi sm3-dur. .
Kub
Kubun 6 bərabər kvadrat üzü var
Bu 2sm-lik kubdur:
Düzbucaqlı paralelepiped
Düzbucaqlı paralelepipedin bir neçə düzbucaqlı üzü var. Kubları hesablamaqla düzbucaqlı paralelepipedin həcmini tapmaq olar
Məsələn:
Aşağıda çəkilmiş düzbucaqlı paralelepipedin həcmini tapın.
Bütün kublar görünmədiyinə görə qatlarla işləmək yaxşı olar.
Yuxarı qatda 12 kub görə bilirik. 3 qat var,
ona görə də kubların ümumi sayı 3 x 12 = 36 kub.
Düzbucaqlı paralelepipedin həcmi = 36 kub .
Düzbucaqlı paralelepipedin həcminin düsturu Bundan düzbucaqlı paralelepipedin ölçüləri verildikdə istifadə etmək olar.
Düzbucaqlı paralelepipedin həcmi – Uzunluq x En x Hündürlük
Həcm = 10 x 6 x 5 = 300 sm3 (həcm üçün kub ölçü vahidləridir)
Qeyd: Sahə üçün isə həcmlər toplana və ya çıxıla bilər.
Məsələn:
Düzbucaqlı paralelepipedin aşağıdakı şəkildə göstərildiyi kimi mərkəzdən kənarlaşdırılmış düzbucaqlı kəsiyi var. Qalığın həcmini hesablayın.
Ümumi həcm = 20 x 10 x 6 = 1200sm3
Kəsilmiş kəsiyin həcmi = 5 x 10 x 2 = 100sm3
Qalığın həcmi = 1200 – 100 = 1100sm3
Prizma
Prizmanın Həcmi
Prizma otracaqları bərabər olmaqla paralel müstəvilər üzərində olan ixtiyari çoxbucaqlı, qalan üzləri isə paraleloqramdan ibarət olan fəza fiqurudur.Aşağıda göstərilən nümunədəki kimi.
Üçbucaq prizma
Prizmanın həcminin düsturu
Prizmanın həcmi = otracağın sahəsi x hündürlük
Məsələn
Üçbucaq prizmanın həcmi (yuxarıda) = üçbucağın sahəsi x hündürlük
= (½ x10 x 6) x 20
= 30 x 20
Həcm = 600sm3