skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Fiqur, Məsafə və Ölçü (Orta) –Fəza fiqurları, Həndəsi təsvir və Dairə
 
Fəza fiqurları | Həndəsi təsvir | Dairə
Fəza fiqurları

Fiqurların müxtəlif hissələrinin adları bunlardır:

Üz - bunlar hamar səthlərdir
Təpə - künclərdir
Tillər - üzlərin tərəfləridir

Bunlar müxtəlif cisimlər üçün aşağıdakı şəkildə göstərilir.

 

3d1nets

Qeyd: Bütün bunlar üçün üz (Ü), təpə (T) və Tillərin (K) sayını birləşdirən bir düstur vardır. Saylar aşağıdakı cədvəldə vardır.
 
Cisim Təpə Üz Til
Düzbucaqlı paralelepiped 8 6 12
Üçbucaqlı prizma 6 5 9
Piramida 5 5 8
 
 
Bu düsturun işə yaradığını yoxlayın:
V + F = E+ 2
  
Fəza fiqurlarının hamar və ya izometrik kağızda çəkilməsi praktik olardı.
 

Həndəsi təsvir

Fəza fiqurlarının təsviri ‘hamarlandırılmış’, bütün üzləri göstərən cizgisidir.
 
Məsələn:
Düzbucaqlı paralelepipedin təsviri

 

 3d2nets

 

Bu bir sıra üsullarla çəkilə bilər. Yoxlamaq məqsədilə o heç bir üst-üstə düşmə olmadan bağlanmalıdır.

Düzbucaqlı paralelepipedin təsviri yuxarıda göstərilmişdir. Daha yaxşısını fikirləşə bilərsiniz?

Dairə
 

Aşağıdakı şəkil dairənin bütün hissələrini göstərir. Dairənin bu hissələri öyrənilməli və imtahanda sınaqdan keçirilməlidir.
 
3d3nets

Əsas elementlər:
 
Radius (r) Mərkəz (O) Çevrə (C) Diametr (d)
 
Kəsik - 2 radius arasındakı sahə.
 
Qövs – Çevrənin hissəsi.
Vətər – Çevrənin iki müxtəlif nöqtəsini birləşdirən parçaya deyilir.
 
Seqment – Vətərin dairədən ayırdığı hissə.
 
Toxunan – Çevrə ilə yalnız bir ortaq nöqtəsi olan düz xətdir.
 

Qeyd: Diametr radiusun iki mislidir.

d = 2r
 
Məsələn:
1) r=6m olsa, diametri hesablayın
d= 2 x 6 = 12m
2) d=18sm olsa, radiusu hesablayın
18 = 2 x r
r = 9sm
 

Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.