skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Tektonika (Yuxarı)
Tektonik Plitələr  | Plitə sərhədləri | Subduksiya zonaları  | Dəniz dibinin genişlənməsi
 

Tektonik Plitələr

Bir vaxtlar inanılırdı ki, yer kürəsi soyuqlaşarkən onun səthinin əsas hissələri sıxılmaya məruz qalıb.
 

Bu günkü sübutlar bildirir ki, yerin litosferi ( yer qabığımantiyanın üst təbəqəsi ) tektonik plitələr adlanan çoxlu sayda böyük hissələrdən təşkil olunub.
 

Tektonik plitələr daimi olaraq ildə bir-neçə santimetr sürətlə hərəkət edir.

Yerin mantiyası daxilində konvektiv cərəyanlar onların hərəkətinə səbəb olur.

Yer kürəsindəki təbii radioaktiv proseslərdən törəyən istilik konveksiya cərəyanlarına səbəb olur.
 

Əgər siz müxtəlif qitələrin formalarına baxsanız görəcəksiniz ki, onlar hal-hazırda minlərlə kilometrlik okeanlarla ayrılmaqlarına baxmayaraq bir-birinə uyğun gəlir.

Bu torpaq massivlərin kənarları oxşar qaya və daş formasına malikdir.
 

Təklif olunur ki, onlar parçalanan və bir-birindən uzaqlaşan vahid torpaq massivinin tək hissəsidirlər. Bu 1915-ci ildə Alfred Wegener tərəfindən yaradılan materiklərin hərəkəti nəzəriyyəsidir. O, 50 ildən çox bir müddət qəbul olunmadı.

O. 1-ci böyük torpaq massivini Pangeya adlandırdı.

Plitə sərhədləri

plate_boundaries

Bu diaqram bu gün qitələrin və sərhəd plitələrin vəziyyətlərini göstərir.

Zəlzələlərvulkan püskürmələri tektonik plitələr arasında sərhədlərdə baş verir.
 

Oxlar plitələrin hərəkət etdiyi istiqaməti göstərir.

Onlar Kaliforniya sahili boyunca bir-birlərinin yanından sürüşürlər.

Buna görə də zəlzələlər burada yayılıb.

Subduksiya zonaları

Bir-neçə ərazidə, məsələn Cənubi Amerikanın qərb hissəsi boyu (And dağları) plitələr bir-birinə doğru hərəkət edir.

Bu okean dibinin daha nazik, daha sıx hissəsinin daha qalın, qranit tipli qayaya tərəf aşağı yönəlməsinə səbəb olur.

Bu subduksiya adlanır.

Sürtünmə qayanın dağılmasına və metamorfik qayaların formalaşmasına səbəb olur.

Subduksiya qitə plitələrinin sıxılmasına səbəb olaraq bükük dağlarınçatların (qayalarda sınıqlar) yaranmasına səbəb olur.

Zəlzələlər baş verir və maqma kontinental qabığın içərisindən qalxaraq vulkanlar yarada bilərlər.

Dəniz dibinin genişlənməsi

Plitələr Atlantik okeanının dibindəki orta Atlantik suayırıcıları kimi suayırıcılar boyunca hərəkət edir.

Bu dəniz dibinin genişlənməsi adlanır.

Bu maqma ilə dolan çatların yaranmasına səbəb olur ki, onlar da bərkləşərək bazalt kimi yeni, süni daşları formalaşdırırlar.
 

Maqmanın tərkibində soyuduğu vaxt yer kürəsinin maqnetik sahəsinin istiqamətində cəmlənən dəmirlə zəngin minerallar var.

Okean dibində okean riflərinə paralel zolaqlarda maqnit.

Bunlar yer kürəsinin maqnit sahəsinin periodik dəyişikliyi ilə uyğun gəlir, belə ki onlar dəniz dibinin genişlənməsi fikrini təsdiq edirlər.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.