ƏəIıĞğÖÖŞşÇçÜü skoool™.com

skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Günəş sistemi (yüksək)
Orbitlər | Ağırlıq qüvvəsi | Rabitə peykləri | Müşahidə peykləri

Orbitlər

Günəş sistemində bizə ən yaxın ulduz olan günəş ətrafında dönən 9 planet var.

Planetlər orbiti tamamlamaq üçün günəşdən uzaqda daha çox vaxt keçirirlər.

Planetin günəşin orbitini tamamlamağa sərf etdiyi vaxt il adlanır.

planets

Biz planetləri görə bilirik, çünki onlar işığı günəşdən əks etdirirlər.
 

Planetlərin orbitləri ellips ellips adlanan yüngülcə sıxılmış dairələrdir.

Günəş ellipsin mərkəzinə yaxındır.
 

Kometa bir neçə kilometr diametri olan donmuş qaz və toz parçasıdır.

Kometalar elliptik orbitlər ilə günəş ətrafında səyahət edirlər.

Onlar günəşə yaxınlaşanda isinir və donmuş qazların bir hissəsi buxarlanır, nəticədə toz və buxardan quyruq formalaşır ki, bu da minlərlə kilometr uzunluqda ola bilir

Günəşdən gələn işıq kometa və quyruğu əks etdirir.
 

Digər bir obyektin ətrafında dönən obyekt onun peyki peyki adlanır.

Ağırlıq qüvvəsi

Yer, Günəş, Ay və digər obyektlər bir-birlərini ağırlıq qüvvəsiadlanan qüvvə ilə cəzb edirlər.

İki obyekt arasındakı ağırlıq qüvvəsi onlar arasında məsafə artdıqda azalır, belə ki, iki obyekt bir-birinə nə qədər yaxındırsa onlar arasındakı cazibə qüvvəsi də bir o qədər böyükdür.
 

Kometalar günəş ətrafında ağırlıq qüvvəsi ilə dönürlər. Onlar günəşə yaxınlaşan kimi sürətlənir, günəşdən uzaqlaşan kimi isə yavaşıyırlar.

Daha kiçik obyekt yüksək sürətinə və obyektlər arasındakı ağırlıq qüvvəsinə görə daha böyük obyektin ətrafında dövr edir.

Planetlər və peyklər kimi kiçik obyektlər orbitdə xüsusi məsafədə qalmaq üçün daha böyük obyektin ətrafında xüsusi sürət ilə dövr etməlidirlər.
 

Peyk yer kürəsinin atmosferi üzərində orbitdə qalmaq üçün 8000 m/s sürətlə hərəkət etməlidir.

Ay yer kürəsinin təbii peykidir. O yerdən daha uzaqda təqribən 1000 m/san. sürəti ilə hərəkət edir.

Peyk rabitələri

Peyk rabitələri televizor, radio və telefon sistemləri üçün istifadə edilir.

Bizə hər vaxt onların harada olduqlarını bilmək lazımdır, belə ki, biz onlara hər zaman siqnal göndərə və onlardan siqnal qəbul edə bilərik.
 

Onlar adətən ekvator üzərindəki yüksək orbitdə olurlar, belə ki, onlar yer kürəsi ətrafında yer kürəsinin 24 saat döndüyü vaxtı dəqiqliklə dönürlər.

Bu o deməkdir ki, onlar yerdən baxıldığında həmişə eyni vəziyyətdədirlər.

Bunlar geostasionar orbitləradlanır.

Təxminən 400 geostasionar peyklər üçün kosmik sahə var, yoxsa onlar bir’birilərinin siqnalları ilə toqquşacaqdılar.

Müşahidə peykləri

Meteoroloji və kəşfiyyat peykləri kimi müşahidə peykləri də adətən aşağı qütb orbitində olurlar. Bu o deməkdir ki, onlar şimal və cənub qütbünü keçirlər.

Onlar yer kürəsini tədqiq etmək üçün kamera və digər detektorlar ilə təchiz olunurlar.

Yer kürəsi onların altında hərəkət etdiyinə görə onlar hər gün yer kürəsinə bütövlükdə geostasionar peykdən daha yaxın diapazondan baxa bilərlər.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.