ƏəIıĞğÖÖŞşÇçÜü skoool™.com

skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Kainat (Yuxarı) 

Kainat | Ulduzların həyat dövrü | Ulduz enerjisi | Bizim günəş sisteminin mənşəyi | Qırmızı yerdəyişmə

Yer kürəsi ətrafında həyat | Yerdən kənarda sivilizasiyaların axtarışı (SETI)

 
Kainat

Qalaktika böyük ulduzlar qrupudur .
 

Bizim günəş qalaktikadakır, Süd yolundakı milyonlarla ulduzdan biridir.

Qalaktikadakı ulduzlar günəş sistemindəki planetlərdən milyon dəfə uzaqlıqda yerləşir.
 

Kainat ən azı milyard qalaktikadan ibarətdir.

Qalaktikalar qalaktikalardakı ulduzlardan milyon dəfə uzaqlıqdadır.
 

Kainat böyükdür və əsasən boş sahədən təşkil olunub.

Ulduzların həyat dövrü

Ulduzlar həmişə eyni qalmırlar. Milyard illərdir ki, onlar dəyişikliyə məruz qalır və istiliyi tükənməyənə qədər bu proses davam edəcək.

Günəş daxil olmaqla ulduzlar, ağırlıq qüvvəsinin təsiri altında kifayət qədər toz və qazın kosmosdan bir yerə toplanması zamanı formalaşır. Həmçinin daha kiçik kütlələr formalaşa bilər və daha böyük kütlələrə cəlb edilib planet ola bilərlər.
 

Ulduzlar çox böyükdür, belə ki, onların ağırlıq qüvvəsi onların düzəldikləri material ilə birlikdə çox güclüdür.

Baxmayaraq ki, yüksək temperaturlar onları genişlənməyə meyl etdirən qüvvələri yaradır.

Ulduzların əsas sabit dövründə bu qüvvələr tarazlanır. Bu müddət milyard illər davam edə bilər.

Günəş öz həyatının bu mərhələsindədir. Aşağıda göstərilən sxem diaqram onun öz həyatında sonra keçəcəyi mərhələləri əks etdirir.

                                                                      
                                                                                arrow_3istilik tükənir və ulduz genişlənir

                                                                           Qırmızı nəhəng
               ulduz xüsusi ağırlıq qüvvəsinin təsiri ilə sıxılırarrow_5 və ya arrow_4böyük qırmızı nəhəng onları sıxışdıra bilər

                                  Ağ cırtdan                                                      Supernova
                                                                                                                 arrow_3toz və qazı kosmosa

                                                                                                             Neytron ulduz


Ağ cırtdan daima gözdən itən kiçik, sıx ulduzdur.

Neytron ulduz daha sıxdır.
 

Əgər supernovanın partlamasından sonra kifayət qədər materiya qalıbsa sıx və qravitasiya sahəsi güclü olan böyük neytron ulduz formalaşa bilər ki, ondan heçnə, hətta işıq və elektromaqnit radiasiyanın digər formaları belə keçə bilməz.

Bu qara dəlikadlanır.

Ulduz enerjisi

Ulduznüvə sintezi reaksiyası ilə hərəkətə keçir .

Hidrogen və helium kimi yüngül elementlərin nüvəsi (özəyi) daha ağır elementlərin nüvəsini yaratmaq üçün birləşirlər.

Bu reaksiyalar ulduzlar tərəfindən radiasiya olunan enerjini buraxırlar.

Bizim günəş sisteminin mənşəyi

Hesab olunur ki, bizim günəş sistemi daha erkən zamanlar supernova ulduzu partlayan zaman yaranan materialdan formalaşıb.

Günəşdə ən ağır elementlərin nüvəsi aşkar edilib.

Bu elementlərin atomları daxili planetlərdə tapılıb.

Qırmızı yerdəyişmə 

1920-ci illərdə astronom Edvin Hubble bildirdi ki, uzaq qalaktikalardan olan işıq günəşdən gələn işıqdan daha dalğa uzunluqlarına malikdir. Bu o deməkdir ki, o görünən qırmızı sonluğa tərəf yerdəyişmə var.

O, həmçinin bildirdi ki, yerdən daha uzaq olan qalaktikalar daha böyük qırmızı yerdəyişmə göstərib.
 

Onun bu müşahidələrlə bağlı izahları o idi ki:

  • digər qalaktikalar bizdən daha cəld uzaqlaşırlar,
  • bizdən daha uzaq olan qalaktikalar daha sürətlə uzaqlaşır.

Təklif edilir ki, kainat genişlənir və bu milyard illər ilə əvvəl böyük partlayışla başlayıb və bu proses ‘böyük partlayış’adlanır.

Yerdən ətrafda həyat

Əgər digər planetlər və ya ulduzlarda həyat varsa və ya olubsa biz Marsa və ya Yupiterə getməklə və ya şəkillər çəkib və nümunələri toplayıb Yer kürəsinə göndərən robotlardan istifadə etməklə mikroblar və ya onların daşlaşmış qalıqları kimi canlı orqanizmləri müşahidə edə bilərik.

Biz canlı orqanizmləri onların törətdiyi kimyəvi dəyişikliklər ilə müəyyən edə bilərik.

Yer kürəsindəki canlı orqanizmlər atmosferi dəyişiblər, məsələn, bitkilər oksigen hasil edirlər.

Biz texnologiyaları ən az bizim qədər inkişaf etmiş olan digər yerlədən siqnallar qəbul edə bilərik.

SETI 

SETI Yerdən kənarda sivilizasiyaların axtarışı deməkdir.

Bu radio teleskopdan istifadə etməklə dar dalğa uzunluqları diapazonunda (sadəcə səs-küy yox) məna ifadə edən siqnalların tapılmağa çalışıldığı bir tədqiqat olub və 40 ildən çoxdur ki davam edir.

Ancaq hələ ki, bu uğurla nəticələnməyib.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.