İstiliyin ötürülməsi
Maddənin müxtəlif tərəfləri müxtəlif temperaturlara malik olduqda yüksək temperaturlu enerji (istilik enerjisi) ötürülür. O yüksək temperaturlu sahədən daha aşağı temperaturlu digər birinə ötürülür. .
İstilik ötürülmənin 3 növü var: istilik keçirmə, konveksiya və şüalanma.
İstilik keçirmə maddənin yerdəyişməsi olmadan istiliyin verilməsidir.
Metallar yaxşı keçiricilərdir, çünki metal nə qədər isti olsa, strukturda olan vibrasiya ionlarınında daha çox kinetik enerji olar.
Bu enerji metallar vasitəsi ilə yayılan və digər elektron və ionlar ilə toqquşan sərbəst elektronlar tərəfindən metalın daha soyuq hissələrinə verilir
Qeyri-metallar adətən zəif keçiricidirlər (izolyatorlar).
Konveksiya maye və qazlarda baş verir.
Zərrəciklər yüksək temperatura malik sahədən daha aşağı temperaturda olan digər birinə tərəf axa bilər.
Maye içərisində istiləşən hissələr daha uzağa və daha sürətlə hərəkət edir və qaz və mayenin genişlənməsinə səbəb olur.
İsti zonalar soyuqlardan daha az sıxlığa malikdirlər, belə ki, onlar qalxır və daha soyuq, daha yüksək sıxlığa malik maye ilə əvəz olunurlar.
Konvektiv cərəyanlar istiliyi dövr etdirən mayedə formalaşırlar.
İstilik radiasiyası dalğalar ilə enerjinin ötürülməsidir.
O vakuum vasitəsi ilə baş verə bilər, çünki o zərrəciklərin yerdəyişməsinə səbəb olmur.
|