skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Faydalı iş əmsalı (Yuxarı)
 
İtən enerji  | Senkey Diaqramları  | Faydalı iş əmsalının hesablanması
 
İtən enerji

Enerji yaradıla və ya məhv edilə bilməz, o bir şəkildən başqa şəklə çevrilə, bir cisimdən başqa cismə ötürülə bilər.
 

Enerji ötürüldükdə yalnız onun bir hissəsi faydalı şəkildə ötürülür.

Enerjinin qalan hissəsi faydalı olmayan formaya keçir, itir.
 

Tullantı enerji və faydalı enerji ətrafa ötürüldükdə nəticədə bitir.

İstilik itən enerjinin ən sadə formasıdır.
 

Enerji daha çox yayılır və sonrakı faydalı enerji köçürülməsində istifadə üçün daha çətin olur.

Senkey Diaqramları

Mexanizmin enerji ötürmələri Sankey diaqramında göstərilə bilər.

sankey

Bu elektrik lampası ilə istifadə olunan enerjinin forması və miqdarını və nəyə ötürüldüyünü göstərir.

Lampa ilə istifadə olunan enerjinin miqdarı hasil olunan enerjinin ümumi miqdarına bərabər olmalıdır.

Oxların eni enerjinin miqdarını göstərir.
 

Elektrik lampası elektrik enerjisinin 500 C istifadə edir , bu da faydalı işıq enerjisinin 75 C və sərf olunmamış istilik enerjisinin 425 C-na ötürülür.

Faydalı iş əmsalının hesablanması

Qurğu nə qədər səmərəli olsa, ona verilmiş enerjinin daha çoxu faydalı enerjiyə çevrilir.

Qurğunun faydalı iş əmsalı belə hesablanır:

                           Faydalı iş əmsalı =  qurğu ilə ötürülən faydalı enerji
                                                 qurğuya ötürülən ümumi enerji

Elektrik lampası üçün

                           Faydalı iş əmsalı = 75
                                             500

                                          = 0.15

Bəzən faydalı iş əmsalı faiz kimi göstərilir.

Bu faydalı iş əmsalını 100-ə vurmaqla hesablanır.

                           faydalı iş əmsalını faizi = 0.15 x 100
                                                             = 15%

Bununla da elektrik lampası ilə ötürülən enerjinin 85%-i istilik kimi sərf olunur.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.