skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« back 
İş, Qüvvə və Enerji (Yuxarı)
 
İş və Enerji | Qüvvə | Potensial Cazibə Enerjisi | Kinetik Enerji
 
İş və Enerji


Qüvvə nəyi isə hərəkətə gətirdikdə və ya onun hərəkətini dayandırmağa çalışdıqda görülür.

İş görüldükdə enerji ötürülür.

Görülən işin miqdarı ötürülən enerjinin miqdarının ölçüsüdür.

                                     görülmüş iş = ötürülən enerji

Bu səbəbdən iş və enerji eyni ölçü vahidi ilə, (coul, J) ölçülür.

Görülmüş işin miqdarı tətbiq olunan gücün ölçüsündən və gedilən məsafədən asılıdır.

                                     Görülən iş    =   tətbiq olunan qüvvə    x   qüvvə istiqamətində gedilən məsafə
                                       (coul, C )            (nyuton, N)                             (metr, m)

500N gələn bir adam şaquli hündürlüyü 5m olan pilləkənləri qalxdıqda adamın gördüyü işin miqdarı nə qədərdir:

stairs

                                     Görülən iş = 500 x 5
                                                       = 2500 C (və ya 2.5 kC)

Bəzən çəki əvəzinə obyektin kütləsi verilir.

Kütləni çəkiyə çevirmək üçün aşağıdakı tənlikdən istifadə edin:

                                      Çəki     =         kütlə#160;  x      qravitasiya sahəsinin intensivliyi
                                 (nyuton, N)         (kiloqram, kq)     (Nyuton/kiloqram, N/kq)

Güc

Güc şin necə sürətlə görülməsinin və ya enerjinin nə qədər sürətli ötürülməsinin ölçüsüdür.

Güc nə qədər çox olsa, verilmiş vaxta bir o qədər çox enerji ötürülür.
 

Güc vatt (Vt)ilə ölçülür.

                                      Güc(vatt Vt) =   < A > görülən iş (coul, C)
                                                                        Götürülən vaxt (saniyə,san)

1 vatt hər saniyə ötürülən enerjinin 1 couluna bərabərdir.

Bununla da 1 vatt 1 C/san. bərabərdir.
 

Yük qaldıran 3 saniyədə 2 m ilə 1500 N yük qaldırsa, qüvvə:

weightlifter

                Güc = 1500 x 2
                                    3
                Güc =    3000
                                   3

                           = 1000 Vt (və ya 1 kVt)

Potensial Enerji

Potensial Enerji cisim yerdən cazibə qüvvəsinə qarşı qalxdıqda onda saxlanılan enerjidir.

Cisim nə qədər yuxarı qalxsa, onun malik olduğu Potensial Cazibə Enerjisi bir o qədər çox olar.

       potensial enerjidə dəyişiklik   =   Qüvvə      x    şaquli hündürlükdə dəyişiklik
                          (coul, C)                                     (nyuton, N)                 (nyuton, N)

Bir nəfər 100 N uşağı 2 m yerdən yüksəyə qaldırırsa, o bu qədər potensial enerjiqazanacaq:

                  potensial enerjidə artım = 100 x 2
                                                                             = 200 C

Yer səviyyəsində olan cismin potensial enerjisi sıfırdır.
 

Elastik potensial enerji iş görüldükdə onun formasını dəyişmək üçün elastik cisimdə saxlanılan enerjidir.

Məsələn, dartılmış sapandda potensial elastik enerji vardır.

Sapand buraxıldıqda onun potensial elastik enerjisi kinetik enerjiyə çevrilir.

Kinetic Energy

Kinetik enerji cismin hərəkətinə görə məxsus olduğu enerjidir.

Cisim daha çox kütlə və ya çox sürətə malik olduqda onda daha çox kinetik enerji olur.

                     kinetik enerji        =     ½     x      kütlə         x               sürət2
                        (coul,C)                                   (kiloqram, kq)      [(metr/saniyə)2, m/san2]

70 kq-lıq 2 m/san hərəkət edən adamın kinetik enerjisi:

                     Kinetik enerji = ½ x 70 x 22
                                            = 35 x 4
                                            = 140 C


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.