skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
İnsanın ətraf mühitə təsiri (Yuxarı) 
Əhalinin artması | Kənd Təsərrüfatı | Evtrofikasiya
İstixana effekti | Turşu yağışı | Digər Çirkləndiricilər
 
Əhalinin artması

Əhalinin artması kiçik olduqda, insanlar kiçik icmalarda yaşayırdılar, onların fəaliyyətlərinin təsiri kiçik və yerli idi. Əhalinin artmasına sürətli artım və yaşama standartlarında artım ətraf mühitin geniş yayılmış zədələnməsinə səbəb olmuşdur.
 

Bərpa olunmayan enerji ehtiyatları daxil olmaqla xammallar sürətlə istifadə olunur.

Daha çox tullantı hasil olur və lazımi şəkildə idarə edilməsə bu çirklənməyə səbəb olacaq.

 
İnsanlar təbii mühiti məhv edir və tikinti, karxana, kənd təsərrüfatı və tullantılar atmaqla digər orqanizmlər üçün olan torpaq miqdarını azaldırlar.

İnsan fəaliyyəti su, hava və torpağı çirkləndirməkdir.

Kənd təsərrüfatı

Müasir kənd təsərrüfatı ətraf mühitə bir çox yollarla təsir edir.
 

Məhsulun becərilməsini daha qənaətcil edən böyük mexanizmlərin istifadəsinə imkan yaratmaq üçün canlı maneələr tez-tez kənarlaşdırılır.

Belə ki, bu təbii mühiti məhv edir və qida “şəbəkəsində” qidalanma əlaqələrini pozur.


Fermerlər alaq otları, həşəratlar və gəmiriciləri öldürmək üçün pestisidlərdən istifadə edirlər. Onlar ərzaq istehsalını artırır, amma digər canlı təbiəti öldürürlər. Onlar həmçinin insanların istifadəsi üçün ərzaqları zəhərləyirlər.

Pestisidlər suya axa və içməli suyu zəhərləyə bilər.

Gübrələr bitkinin böyüməsini yaxşılaşdırmaq üçün torpağa qidalandırıcılar əlavə etmək məqsədilə istifadə olunur.

Bunlar torpaqdan göl və çaylara suyla axa bilər və içməli su təchizatını çirkləndirə bilər.

Evtrofikasiya

Suyun gübrələrlə çirkləndirilməsi evtrofikasiyaya səbəb ola bilər.

Gübrə bitkinin suda sürətlə böyüməsinə səbəb olur.

Bunlar işıq üçün mübarizə aparır və bir çoxu ölür.

Mikroorqanizmlər ölü bitkilərlə qidalanır, bununla da onların da sayı artır.

Bir çox orqanizmlər nəfəs aldığına görə onlar suda oksigendən istifadə edirlər.

Balıq və digər su orqanizmləri oksigen çatışmazlığına görə ölürlər.

İstixana effekti

İstixana effekti atmosferdə əmələ gələn çirkləndirici qazlar ilə yaranır və gecələr istinin xarici mühitə çıxmasının qarşısını alır. Bunun nəticəsində Yer kürəsi getdikcə isinir, bu da qlobal istiləşmə adlanır.

greenhopuse_2

Əsas istixana qazları karbon dioksidmetandır. Onlar Yerdən gələn enerjinin çoxunu udur və sonra yenidən Yerə buraxır.

Atmosferdə bu qazların səviyyəsi tədricən artır.
 

Karbon dioksid qazıntı halında olan yanacaqlar yandırıldıqda buraxılır.

Metan buynuzlu mal-qara və düyü sahələrindən buraxılır.
 

Yalnız bir neçə Selsi artım dünyanın müxtəlif yerlərində becərilə bilən məhsul növlərinə təsir edərək Yer kürəsinin iqlimində böyük dəyişikliklərə səbəb ola bilər.

Qütb buzlarının başları əriyə bilər, bu da dəniz səviyyəsinin artımına gətirib çıxarar.

Turşu yağışı

Yanan qazıntı yanacaqları kükürd dioksid və azot oksid qazları yarada bilər.

Bu qazlar atmosferdə fabriklər, elektrik stansiyaları və nəqliyyat vasitələrindən qalxır və buludlardakı suda həll olaraq turşu yağışı əmələ gətirir. Bu turşu yağışı kimi düşür.
 

Turşu yağışı birbaşa ağacları zədələyə bilər.

Çay və göllərdəki sular çox turşulu olursa, bitki və heyvanlar yaşaya bilmirlər.

Turşu yağışı həm də binalara ziyan vura bilər.

Digər çirkləndiricilər

Çirkab suları lazımi şəkildə emal olunmayana kimi dəniz və təmiz suyu çirkləndirir.

Bu sağlamlığa təhlükədir, amma bu həm də suda yaşayan orqanizmlərin tarazlığını pozur.

Emal olunmamış çirkab suları mikroorqanizmlər üçün qidanı təmin edir və evtrofikasiyaya səbəb olur.
 

Zəhərli kimyəvi maddələr sənaye zavodları və fermerlər tərəfindən buraxılır. Bunlar torpaq və suyu çirkləndirə bilər.

Əsas uducuda çox yüksək, öldürücü miqdarda olan bəzi toksinlər ərzaq zəncirlərində toplana bilər.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.