skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Seysmik dalğalar (yuxarı)
 
Seysmik dalğalar | | Yer kürəsinin quruluşu | P dalğaları və S dalğaları
 
Seysmik dalğalar

Yanaşı tektonik plitələr bir-biri boyunca sürüşdükdə və ya bir-birini keçdikdə Yer daxilinin dərinliklərində zəlzələlər baş verir.
 

Seysmik dalğalar zəlzələlərin nəticəsi olan zərbə dalğalarıdır.

Onlar Yeri gəzir və xüsusi qrafik üzrə hərəkətləri qeydə alan seysmometrlər adlanan alətlər ilə müəyyən olunurlar.

amplitude_frequency

Zəlzələlər zədələnmələrə səbəb ola bilən səthi dalğaları əmələ gətirirlər.

Onlar həmçinin Yerdə yayıla bilən iki növ dalğa da yaradırlar - P dalğalarıS dalğaları.

Yer kürəsinin quruluşu 

earth_2

Yer kürəsi demək olar ki dairəvidir və üç əsas qatdan ibarətdir.

  • Üzərində yaşadığımız hissə nazik qabıqdır.
  • Mantiya Yerin mərkəzinin yarısına qədər uzanır. O, bərk maddənin bütün xüsusiyyətlərinə malikdir, amma çox yavaş axa bilər.
  • Nüvə Yerin radiusunun yarısından çoxudur. O, nikeldəmirdəndir, daxili və xarici nüvəyə ayrılır. Xarici nüvə mayedir daxili nüvə isə bərk maddədir.

Yerin ümumi sıxlığı qabığı təşkil edən süxurların orta sıxlığından daha böyükdür.

Bu o deməkdir ki, Yerin daxili qabıqdan daha sıx olan müxtəlif materialdandır.

P dalğaları və S dalğaları

Dalğanın növü Sürəti Dalğanın növü Nədən keçir
P dalğası Sürətli Uzununa Maye və bərk maddələr
S dalğası Yavaş Enine Yalnız bərk maddələr

Hər iki dalğanın sürəti mantiyaya doğru dərinliklə artır.

Dalğalar əyri yollarla hərəkət edir, çünki onların sürəti dəyişir, beləliklə, onlar istiqaməti dəyişmiş olurlar.

Mantiya və nüvə arasındakı sərhəddə dalğanın istiqaməti bərk maddə və maye arasındakı sərhəddə sınma ilə dəyişir.
 

S dalğaları nüvədə hərəkət etmirlər, çünki onlar mayedə hərəkət edə bilmirlər. Beləliklə, onlar heç vaxt seysmik dalğaların mənbəyindən Yerin əks tərəfindəki ərazilərə çatmırlar.

Yer kürəsinin laylı quruluşu barədə bildiklərimiz əsasən seysmik dalğaların yollarını öyrənməkdən irəli gəlir.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.