ƏəIıĞğÖÖŞşÇçÜü skoool™.com

skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Təkamül (Yuxarı)
 
Qalıq qeydləri | Qalıqların əmələ gəlməsi | Təkamül nəzəriyyəsi | Antibiotikə davamlı bakteriyalar
 
Qalıq qeydləri

Qalıqlar milyon illər əvvəl yaşamış bitki və heyvanların süxurlarda tapılmış “daşlaşmış” formalarıdır.

Qalıq nümunələri göstərir ki, birinci sadə orqanizmlər inkişaf etmişdir.

Ən köhnə qalıqlar ən dərin, köhnə süxurlarda aşkar olunur. Orqanizmlərin illər ərzində necə dəyişdiyini öyrənmək mümkündür.

Qazıntılar həmçinin ətraf mühitdə dəyişikliyə görə nəsli kəsilmiş orqanizmlərin sübutunu təqdim edir.

Qalıq nümunələri tam deyildir, çünki yumşaq dərili orqanizmlər, eləcə də onurğalılar qalıq əmələ gətirmirlər və suda və ya su yaxınlığında yaşayanlara nisbətən quru orqanizmlərinin qazıntıları daha azdır. Bir çox qalıqlar süxurların dərinliklərində basdırılmışlar və hələ də tapılırlar.

Qalıqların əmələ gəlməsi

Orqanizm palçıq qatı və ya torpaqla örtüldükdə öldükdən sonra tezliklə qazıntılar halında tapıla bilər və sonra onu örtən çöküntü çöküntü süxurlarını əmələ gətirir. .

Qalıqların müxtəlif növləri var, məsələn:

  • Orqanizmlərin bərk hissələri, məs.: dişlər və ya qabıqlar, bunlar asanlıqla çürümür və süxurda dəyişməz vəziyyətdə saxlanılır.
  • Çürümə üçün lazım olan bir və ya bir neçə şərtin olmadığına görə çürüməyən orqanizmlərin hissələri.
  • Orqanizmin hissələri çürüdükdə və digər heyvanlar tərəfindən əvəz olunduqda sonda süxur əmələ gəlir.
  • when the organism decays but leaves an impression in the rock,
  • Orqanizmlərin saxlanmış izləri, məs.: barmaq izləri, yuvalar və ya kökcük izləri.

Təkamül nəzəriyyəsi

Təkamül nəzəriyyəsi bildirir ki, canlıların bu gün mövcud olan bütün növləri və indi nəsli kəsilmişlərin çoxu üç milyard il bundan əvvəl ilk inkişaf etmiş sadə həyat növlərindən yaranmışlar.

Təkamül çox ləng, milyon illər ərzində baş verir.
 

Çarlz Darvin 1856-cı ildə təkamülün təbii seçim ilə baş verməsi fikrini irəli sürmüşdü. Həmin vaxt onun fikirləri qəbul olunmamışdı, qismən ona görə ki, onlar Kilsənin dini nəzəriyyəsinə qarşı idi. Onun fikirləri qalıqlar və dünyanın müxtəlif hissələrində yaşayan orqanizmlərin diqqətli müşahidəsinə əsaslanırdı.

Təbii seçim təbiətin yaşama üçün daha güclü və daha uyğun orqanizmləri seçəcəyi fikrinə əsaslanır, bu zaman zəif orqanizmlər məhv olurlar. Bu həm də daha çox uyğunlaşmışların sağ qalması adlanır.
 

Növlər daxilindəki ayrıca orqanizmlər genlərinə görə geniş miqyaslı dəyişiklik göstərir.

Orqanizmlərin böyük sayı yırtıcılıq, xəstəlik və mübarizə ilə ölürlər.

Ətraf mühit üçün daha uyğun xüsusiyyətləri olan fərdlər sağ qala bilirlər.

Bunlar genlərlə onların törəmələrinə keçir, bunların da çoxu faydalı cəhətlərə malik olurlar.

Çox illər boyunca faydalı xüsusiyyətlər daha da adiləşir.
 

Aşağıdakı şəkil atın yumşaq bataqlıq yerdə yaşadığı və yumşaq bitki yediyi düşünülən heyvana bənzər balaca itdən necə təkamül etdiyini göstərir.

Onun dişləri daha böyük və güclü olub, o otu çeynəyə bilib

Ayaqlarda dırnaqlar əmələ gəlib, bunlar da quru yerdə sürətlə qaçmaq üçün daha rahat idi və ayaq sümükləri daha uzun və güclü olub.

evo_horse_arrowhorse_evolution

Digər nəzəriyyələr mövcud olan orqanizmlər müxtəlifliyini izah etmək üçündür.

Lamark 1800-cü illərin alimidir, o fikirləşirdi ki, hansı orqan daha çox istifadə edilirdisə, o inkişaf etmişdir. O, fikirləşirdi ki, zürafələrdə uzun boyun ona görədir ki, onlar ağacların yuxarısındakı yarpaqlara çatmaq üçün uzanmalıdırlar. O inanırdı ki, orqanizmin bütün xüsusiyyətləri törəməsinə keçir, beləliklə, uzun boyunlu zürafələr uzun boyunlu balalar dünyaya gətirəcəklər.

Digərləri fikirləşirdi ki, növlər Allah tərəfindən yaradılmışdır və bəziləri də fikirləşirdi ki, onlar öz-özünə yaranmışdır.
 

Orqanizmlər iqlim dəyişikliyi, yeni yırtıcılar, xəstəliklər və ya ehtiyatlar üçün daha çox mübarizə kimi ətraf mühitə dəyişkənliklərinə uyğunlaşa bilmədikdə onların nəsli kəsilir.

Təkamül əsasdır, belə ki, növlər dəyişikliklərə dözmək üçün daha yaxşı uyğunlaşırlar və nəsil kəsilmənin qarşısı alınır.

Antibiotiklərə davamlı bakteriyalar

Antibiotik bakteriyanı öldürən göbələkdən istehsal olunan kimyəvi maddədir. Onlar çox vacib dərmanlardır.

Təəssüf ki, antibiotiklərdən sui-istifadə bu dərmanlara müqavimət göstərə bilən bakteriyanın yeni növlərinə gətirib çıxarır, onlar artıq bakteriyanı öldürmək üçün yaramırlar.

Bakteriyanı öldürmək üçün özünüzü yaxşı hiss etdikdə belə antibiotiklərin qəbulunu davam etdirmək çox vacibdir.

Bəzi bakteriyalar mövcuddursa, onlar növünü dəyişə bilərlər. Bu o deməkdir ki, bakteriya DNT-də dəyişiklik əmələ gəlir, bu da orqanizmin antibiotiklərə qarşı müqavimətini verir.

Bakteriya çox tez yayılır, bir çox antibiotikə davamlı bakteriyalar tez yaranırlar, bu da digər orqanizmləri yoluxdura bilər.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.