ƏəIıĞğÖÖŞşÇçÜü skoool™.com

skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Enerji və Qidalandırıcı maddələrin ötürülməsi (Yuxarı) 

Enerji və Qida Zəncirləri | Qida Piramidaları | Biokütlə Piramidaları

Qida istehsalı və Enerjinin səmərəli istifadəsi

 
Enerji və Qida Zəncirləri

Bütün canlı orqanizmlərə enerji lazımdır.

Yaşıl bitkilər fotosintezlə öz qidalarını hazırlamaq üçün Günəşdən gələn işıq enerjisi alırlar.

Onlar enerjini bitki hüceyrələri daxilindəki kimyəvi maddələrdə saxlayırlar.

Bütün orqanizmlər üçün başlıca enerji mənbəyi Günəşdir.
 

Qida zənciri enerjinin canlı sistemdə necə ötürüldüyünü göstərir.

Məsələn:

                buğda                  arrow2             inək    arrow2               insan
                istehsalçı                      ilkin istifadəçi       ikinci istifadəçi

Orta hesabla Günəşdən gələn işıq enerjisinin yalnız 10%-i bitki toxumalarında saxlanılaraq bitir.

Heyvan bitkini yeyirsə, bunun yalnız 10%-i yeni heyvan toxumaları yaratmaq üçün istifadə olunur. Qalanı heyvan tərəfindən sağ qalmaq, istilənmək və hərəkət etmək üçün istifadə olunur, bir hissəsi isə nəcis və sidiyində itir.

Böyük məməlilər və quşlar istilik kimi çox enerji itirirlər, çünki onların bədənləri sabit temperaturda qalmalıdır, bu da ətraflarında olandan daha yüksəkdir.
 

Bu şəkil qida zənciri ilə nə qədər enerjinin ötürüldüyünü göstərir:

food_chain

Qida Piramidaları  

Qida zəncirindəki məlumatlar qida piramidalarında göstərilə bilər.

Piramidadakı hər bir blok qida zəncirindəki hər mərhələdə orqanizmlərin sayını təqdim edir.

Qida zənciri üçün qida piramidası buna bənzəyəcək:

pyramid_of_numbers_1

Hər səviyyədəki orqanizmlərin sayı azalır, çünki əldə daha az enerji əlverişli olur.
 

Amma bəzən qida piramidası piramida formalı olmur.

Məsələn, bu qida zənciri qida piramidası bu formada olacaq:

         Palıd ağacı        arrow2    tırtıllar     arrow2      yereşənlər     arrow2    bayquş

pyramid)of_numbers_2

Burada bir böyük palıd ağacı çox tırtıllar üçün kifayət qədər enerji təmin edə bilər, tırtıllar daha az yereşən üçün enerji təmin edir və yereşənlər də bir bayquş üçün enerji təmin edir.

Biokütlə Piramidaları

Biokütlə qida zəncirindəki hər mərhələdə orqanizmlərin ümumi kütləsidir. Qida zənciri boyunca bu həmişə azalır.

Hər mərhələdə biokütlə,biokütlə piramidası kimi qalxmaq üçün çəkilə bilər.

pyramid_of_biomass

Biokütlə piramidaları həmişə bu formada olurlar.

Qida istehsalı və Enerjinin səmərəli istifadəsi

Qida zəncirindəki hər mərtəbədə orqanizmlərin biokütləsində daha az material və daha az enerji olur.

Uzun qida zəncirləri səmərəli deyildir.
 

Fermerin bir hektar ərazisi varsa, o torpağı sonradan insanlara qida olacaq inəklərə qida becərmək üçün, ya da birbaşa insanları qidalandıracaq taxıl əkib-becərmək üçün istifadə edə bilər.

İnsanlar üçün taxıl əkmək daha səmərəli olardı, çünki qısa qida zəncirində daha az enerji sərf olunacaq. Əslində isə insan həmin torpaq sahəsindən on dəfə çox qidalana bilər.

food_production

Qısa qida zəncirləri qida istehsalı üçün daha səmərəlidir.
 

Qida istehsalının səmərəliliyi heyvanlarla, onların hərəkətini məhdudlaşdırmaqla və ətraflarındakı temperatura nəzarət etməklə itirilən enerjinin miqdarını azaltmaq yolu ilə yaxşılaşdırıla bilər.

Lakin bir çox insanlar bu üsullara qarşıdırlar, çünki onların dediyinə görə bu metodlar qəddardır.
 

İnsanların istifadəsi üçün meyvə istehsalının səmərəliliyi onların bitki üzərində və istifadəçilərə daşınma zamanı yetişməsini tənzimləmək üçün hormonlardan istifadə etməklə artırılır.


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.