skoool™.com
 

 
skoool updates
skoool-un dərslərinə tez keçid.

Mikrodalğalar

Fotosintez prosesində yarpağın rolu

Elektromaqnit radiasiyası

 

« geri 
Kimyəvi reaksiyalar (Yuxarı)

Turşular, qələvilər və əsaslar  | Neytrallaşdırma reaksiyaları | Həll olmayan əsasdan istifadə ilə duzların hazırlanması

Xlor-qələvi sənayesi  | Halogenidlər

 
Turşular, qələvilər və əsaslar

Turşu suya əlavə olunduqda hidrogen ionları H+(məh),əmələ gətirən maddədir.

Turşuların pH dəyəri 7-dən aşağıdır.
 

Bəzi sadə laboratoriya turşuları bunlardır:

  • Xlorid turşusu, HCl
  • Sulfat turşusu, H2SO4
  • Nitrat turşusu, HNO3

Əsas turşunu neytrallaşdıran istənilən maddədir.

Neytral məhlulun pH dəyəri 7-dir.
 

Qələvi həll olan əsasdır.

Bütün qələvilər suya əlavə olunduqda hidroksid ionları, OH-(məh), əmələ gətirirlər.
Qələvilərin pH dəyəri 7-dən yuxarıdır.

Bəzi sadə laboratoriya qələviləri bunlardır:

  • Natrium hidroksid, NaOH
  • Kalium hidroksid, KOH

Neytrallaşdırma reaksiyaları 

Turşu neytrallaşdırıldıqda düz əmələ gəlir.

   turşu   +   qələvi   arrow2   duz   +   su

Hidrogen və hidroksid ionları birləşdikdə su əmələ gəlir.

    H+(məh)     +     OH-(məh)  arrow2   H2O(m)

Alınan duz istifadə olunan turşudan və qələvidəki metaldan asılıdır.

Xlorid turşusu xloridlər adlanan duzları əmələ gətirir.

Sulfat turşusu sulfatları əmələ gətirir.

Nitrat turşusu nitratları əmələ gətirir.
 

Ammonyak qazı qələvi məhlulu, ammonium hidroksid əmələ gətirmək üçün suda həll olur.

Bu, ammonium duzları almaq üçün turşu ilə neytrallaşdırıla bilər.

    Sulfat turşusu   +  ammonium hidroksid arrow2   ammonium sulfat   +   su

Qələvidən istifadə edərək duz hazırladıqda adətən büretdən istifadə olunmaqla titrləmə aparılır. Bu, avadanlığın mayenin kiçik həcmini dəqiqliklə çatdıra bilən bir hissəsidir.

Duz hazırlamaq üçün natrium xlorid, xlorid turşusu natrium hidroksid məhlulu ilə reaksiyaya girir.
   xlorid turşusu   +   natrium hidroksid   arrow2    natrium xlorid   +   su
           HCl(məh)         +          NaOH(məh)        arrow2         NaCl(məh)        +    H2O(m)

Qələvinin məlum həcmini neytrallaşdırmaq üçün dəqiq nə qədər turşunun lazım olmasını tapmaq üçün ilkin titrləmə aparılır.

Qələvi fenolftalein indikatorunun bir neçə damcısı ilə kolbaya yerləşdirilir. Bu indikator qələvidə çəhrayı, turşuda rəngsizdir.

Kolba fırladılan zaman turşu yavaş-yavaş əlavə olunur.

İndikator rəngini dəyişən kimi qələvi neytrallaşmışdır və turşunun həcmi büretdən oxunur.
 

Duz və su neytral məhlulunu hazırlamaq üçün titrləmə sonra indikatorsuz təkrar olunur.

Su buxarlanır, təmiz natrium xlorun ağ kristalları qalır.

salts_corrected

Həll olmayan əsasdan istifadə ilə duzların hazırlanması

Turşular həm də həll olmayan əsasdan (məs.: keçid metal oksidlər və hidroksidlər) ilə neytrallaşdırıla bilər.

   turşu   +   metal oksid   arrow2   duz   +   su

məs.   nitrat turşusu   +   mis oksid   arrow2   mis nitrat   +   su

   turşu   +   metal hidroksid   arrow2   duz   +   su

məs.   sulfat turşusu   +   dəmir hidroksid   arrow2    dəmir sulfat   +   su

Metallar və metal karbonları turşuları neytrallaşdırır.

   turşu   +   metal   arrow2   duz   +   hidrogen

məs.   xlorid turşusu   +   sink   arrow2   sink xlorid   +   hidrogen

   turşu   +   metal karbonat   arrow2   duz   +   karbon dioksid   +   su

məs. xlorid turşusu + kalsium karbonat  arrow2 kalsium xlorid + karbon dioksid + su

Həll olmayan əsasdan istifadə etməklə duz hazırlamaq üçün əsasın artıq miqdarı bütün turşuların reaksiyaya girdiyindən əmin olmaq üçün turşuya əlavə olunur.

Artıq sonra süzülür, duz məhlulu qalır, bu da duzdan buxarlana bilər.

salt 2

Xlor-qələvi sənayesi

Natrium xlor (adi duz) qələvi metal və halogenin qarışığıdır. Bu çoxlu miqdarda dənizdə və yeraltı yataqlarda tapılır.

Natrium xlor məhlulu şor su adlanır.

Şor suyun elektrolizi mühüm sənaye prosesidir.

electrolysis

Xlor qazı müsbət elektrodda əmələ gəlir.

Xlor zəhərli qazdır. Bu içməli suda və hovuzlarda bakteriyaları öldürmək üçün istifadə olunur.

Ondan həmdə xlorid turşusu, dezinfeksiya vasitələri, ağardıcı və PVC kimi məlum olan plastiki hazırlamaq üçün istifadə olunur.
 

Xlorun təyini onun lakmus kağızının rəngini ağartmasıdır.
 

Hidrogen qazı mənfi elektrodda əmələ gəlir.

Hidrogen ammonyak və marqarinin istehsalında istifadə olunur.
 

Hidrogenin sınaqdan keçirilməsi qaza yanmış yonqarın qoyulmasıdır. O şiddətli zərbə ilə alışır.
 

Natrium ionları, Na+, hidroksid ionları, OH-, məhlulda qalır. Bunlar natrium hidroksid məhlulunu əmələ gətirir.
 
Natrium hidroksid sabun, kağız və keramikanın istehsalına istifadə olunur.

Halogenidlər

Halogenidlər tərkibində halogen olan qarışıqlardır.

Hidrogen halogenidləri, məs.: hidrogen xlorid, turşu məhlulları almaq üçün H+ ionlarının yaranmasına görə suda həll olan qazlardır.

Gümüş halogenidləri (məs.: gümüş xlorid, gümüş brom və gümüş yod) işıq, rentgen şüaları ilə gümüşə və radioaktiv mənbələrdən şüalanmaya endirilir.

Onlar fotolent və foto kağızların hazırlanmasında istifadə olunur.

Gümüşə işıq vurduqda o tünd rəngə əmələ gətirir.

                        işıq
gümüş xlorid  arrow2   gümüş  +  xlor


Copyright ©2015 Edumedia LLC 
skoool haqqında   Tərəfdaşlar haqqında  Toxunulmazlıq və Təhlükəsizlik
EDUMEDIA şirkəti tərəfindən adaptasiya olunub.