Bizim məxfiliyə ohdəliyimiz
Bizim məxfiliklə bağlı öhdəçiliyimiz Skoool istifadəçilərinin məxfiliyi bizim üçün mühümdür. Sizin məxfiliyinizi daha yaxşı şəkildə təmin etmək üçün onlayn informasiya təcrübəmizi və seçimlərimizi izah edən bildiriş hazırlamışıq. Bu bildirişin asanlıqla tapılmasını təmin etmək üçün biz əsas səhifədə və sizin şəxsi məlumatınıza daxil olunduğu hər bir nöqtədə onu aktiv etmişik.
Topladığımız informasiya
Siz Skoool-un hər hansı bir hissəsinə məlumat yükləyərkən, məsələn, bizə hekayə göndərərkən və ya bizim mail siyahımıza qoşularkən biz sizdən xahişinizə uyğun olaraq şəxsi məlumat tələb edirik. Biz yalnız sizin xahişinizi həyata keçirmək üçün lazım olan şəxsi məlumatı toplayırıq. Bu informasiyaya sizin adınız və e-mail ünvanınız daxil ola bilər. Nadir hallarda, adətən yarışlarla bağlı olaraq biz sizin məktəb ünvanınızı və ya telefon nömrəsini də istəyə bilərik. Bizim əsas auditoriyamız məktəb tələbələrdir, biz çox vaxt istifadəçinin yaşını və təhsil səviyyəsini soruşuruq.
İnternet səhifəmizə baxarkən bizim internet serverimiz sizin ziyarətiniz barədə məlumatlar toplayır. Toplanılan bu informasiya şəxsi informasiya deyil. Topladığımız bu informasiya statistika məqsədi daşıyır, belə ki, biz internet səhifəmizə daxil olan ziyarətçilərin sayı, ziyarət tarixləri və vaxtları, saytda ziyarətçilər tərəfindən keçirilən vaxtın həcmi və baxdıqları səhifələrə nəzarət edirik. Bu informasiya anonimdir və konkret istifadəçilərlə tutuşdurulmur.
İctimai forumlar, Məlumatlar və Bildirişlər
Skoool saytı istifadəçilər üçün müzakirə forumları, məktub lövhələri və ya yeni qruplar təşkil edir. Zəhmət olmasa, yadda saxlayın ki, bu yerlərdə qoyulan informasiyalar artıq ictimai olur və siz hərhansı bir şəxsi məlumat yerləşdirərkən ehtiyatlı olmalısınız.
Elan lövhələri, müzakirə və ya digər forumlar və hər hansı digər kommunikasiyaların daxil olduğu, lakin onlarla məhdudlaşmayan istifadəçinin məlumatları qoyduğu Skoool saytındakı yerlərdə biz nəzarətlə bağlı mühüm tədbirlər görürük. Müəllif hüququ, məxfilik, şikayət, məlumatların müdafiəsi, nalayiq hərəkət və digərləri ilə bağlı olub-olmamasından asılı olmayaraq bizim məlumatların məzmunu ilə bağlı heç-bir öhdəçiliyimiz yoxdur.
Skoool zəmanət verir ki, bu məlumatlarda yalnız adlar və təxəllüslər görünəcək. İstifadəçini bilinməsinə yol açacaq hər hansı bir şəxsi məlumat şəxsi məlumatlar toplusundan silinəcək. Ləğv edilən hər hansı bir şəxsi məlumat Skoool-da saxlanmayacaq.
Biz şəxsi informasiyanı necə istifadə edirik?
Biz bu məlumatları yalnız Skoool və onunla əlaqəli fəaliyyətlərlə bağlı yazışmalar üçün istifadə edirik. Biz şəxsi məlumatları digərləri ilə paylaşmırıq. Biz e-mail ünvanlarını yalnız bizə gələn e-maillərə cavab yazmaq üçün istifadə edirik. Elektron poçt ünvanları digər məqsədlər üçün istifadə edilmir və digərlərinə verilmir.
Məktəb ünvanları və telefon nömrələri yalnız xahiş edilən konkret məqsədlər üçün istifadə edilir və heç vaxt saytda yerləşdirilmir.. Əgər qanun bu məlumatların paylanmasını tələb etmirsə və əgər siz şəxsi informasiyanızın 3-cü tərəfə ötürülməsinə icazə vermirsinizsə, Skoool sizin şəxsi məlumatınızı satmır, kirayə vermir və 3-cü tərəf ilə paylaşmır.
Məlumatların təhlükəsizliyi ilə bağlı öhdəçiliyimiz
Biz onlayn olan informasiyamızı qorumaq məqsədi ilə icazəsiz daxil olmanın qarşısını almaq, məlumatların düzgünlüyünü saxlamaq və informasiyanın düzgün istifadə edilməsinə dair zəmanət vermək üçün uyğun fiziki, elektron və inzibati proseduralar tətbiq etmişik.
Kuki-fayllar
Kuki-fayl skoool internet serveri tərəfindən sizin şəxsi kompüterinizdə yerləşdirilən kiçik bir informasiyadır. O sizin kompüterinizin skoool internet səhifəsindəki məlumata daha sürətli və daha effektli daxil olmasına imkan yaradır. Kuki-fayllar bu saytda ancaq bu tərzdə istifadə edilir və sizin şəxsi məlumatınız toplamaq üçün istifadə edilmir.
Daxil olma
Əgər siz Skoool-da yerləşdirdiyiniz informasiyaya daxil olmaq istəyirsinizsə, bunun üçün parol və istifadəçi adını daxil etməklə qeydiyyat sahəsinə daxil olmalısınız. Burada siz şəxsi məlumatınızı dəyişdirə və ləğv edə bilərsiniz.
Məlumatların saxlanması
Skoool 1988-ci il İrland Məlumatlarının Saxlanması Aktına uyğun olaraq şəxsi məlumatları bizim cari biznesimizə lazım olan vaxta qədər saxlayır.
Əgər siz şəxsi məlumatınızı məlumat bazasından silmək istəyirsinizsə webmaster@skoool.com vasitəsi ilə bizimlə əlaqə saxlayın.
Uşaqların müdafiəsinə dair öhdəçiliyimiz
Skoool başlıca olaraq 18 yaşından aşağı istifadəçilər üçün nəzərdə tutulmuş saytdır, belə ki, biz zəmanət veririk ki, təmin edilən informasiya bizim auditoriyaya uyğundur. Biz başqa saytlara aparan linklərdəki materialı yoxlayırıq, ancaq hər-hansı yeni və şəklini dəyişmiş linklərlə bağlı məsuliyyət daşımırıq.
Uşaqlar evdən Skoool -a daxil olmadan öncə valideynlərindən icazə almalıdırlar.
Linklər
Bu internet səhifəsində başqa saytlara aparan linklər var. Zəhmət olmasa xəbərdar olun ki, Skoool digər belə saytların məxfilikləri ilə bağlı məsuliyyət daşımır. Siz şəxsi məlumatınız ilə paylaşdığınız təqdirdə əvvəlcə internet səhifələrinin məxfilik siyasətlərini oxumalısınız.
Əgər siz link vasitəsi ilə daxil olduğunuz saytın uşaqlara uyğun olmadığını görsəniz və ya həmin saytın məxfilik siyasəti yoxdursa, zəhmət olmasa webmaster@skoool.com vasitəsi ilə bizimlə əlaqə saxlayın.
Bu bəyanata olan dəyişikliklər
skoool™.com Məxfilik Siyasətini yeniləyə bilər. Skoool onun sizin informasiyanızı qoruduğundan xəbərdar olmağınızdan ötrü sizi periodik olaraq bu bəyanatı nəzərdən keçirməyə təşviq edir. Buna baxmayaraq biz sizin icazənizi almadan əvvəldən toplanmış şəxsi məlumatınızı yeni metodla istifadə etməyəcəyik.
Bizimlə necə əlaqə saxlamalı
Əgər sizin məxfilik məsələləri ilə bağlı hansı bir sual və ya iradınız varsa, bizim webmaster@skoool.com ünvanına məktub göndərin.
Bu bəyanata edilən yeniliklər
Bu bəyanat sonuncu dəfə 6 fevral 2007-ci il tarixində yenilənib. |